SON DƏQİQƏ

Ruhlar şəhərinə çevrilib Ağdam

Tarix:2-08-2021, 00:16

Ruhlar şəhərinə çevrilib Ağdam 
Köhnə Agdamımı mənə qaytarın, 
Doğma evimizə mən bir baş çəkim, 
Əziz qonşuların səsin eşidim ,
Meyvəli bağıma  baxım diz çöküm.

Silməyin uşaqlıq xatirəmi siz ,
Hanı çal -çagırlı Ağdam toyları? 
Onsuzda dağıdıb düşmən əmrsiz,
Qovaq yurdumuzdan o soysuzları.

Bilirəm daş üstə  daş da  qalmayıb, 
Acgöz,  quduz düşmən söküb aparıb.
Elə bil bir böyük şəhər olmayıb,  
Dağıdıb, məhf edib yerdən qoparıb .

Ruhlar şəhərinə çevrilib Ağdam, 
30 il baxımsız inləyən yurdum,
Xaraba bir günə çevrilən ağ dam,
Bu gün azad edib vətəni  ordum.

Eşitdim ağıllı şəhər tikilir,
Ağdama bitişik kəndin yerində.
Planlı şəhərim niyə sökülür? 
Yatır xəzinələr yerdə,  dərində.

 Cığırları necə ot- ələf basıb,
Düşmən yolumuza mərmi basdırıb,
Dünya haqsızlığa gör necə susub,
Kafirlər mərdləri döyüb asdırıb.

Çörəyimi yeyən gəlmə erməni,
Gözün niyə doymur qara torpaqdan? 
Qovmusan yurdumdan bəs niyə məni,
Utan, yandırdığın yaşıl yarpaqdan.

Qafqaz torpağına gələndən bəri,
 Salırsız qan qada,  salırsız fitnə,
Çin səddi çəkərəm , gəlməyin bəri, 
Dönmüsüz  siz rusun quduz itinə.

Satqın, cəsusları qovaq ölkədən, 
Xalqımız firavan yaşasın yenə .
Rədd olsun qudurğan məmur bölgədən, 
Məhf olsun viruslar, ziyanlı gənə.

Rauf İlyasoglu, 
24 iyun 2021

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ