SON DƏQİQƏ

Dostluq həyatın ən gözəl anlamıdır

Tarix:19-08-2021, 01:06

Tanınmış idmançı Tural Əliyevə dostu tərəfindən şəklini əks etdirən xalça hədiyyə olundu.    

Azərbaycanlı zorxana ustası, sərbəst güləş üzrə Azərbaycanın əməkdar məşqçisi, beynəlxalq dərəcəli hakim, idman ustası,  Avropa və dünya çempionatının qalibi, dünya kubokunun sahibi,  IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalçısı, dünya üzrə 3 il ardıcıl olaraq ilin ən yaxşı pəhləvanı, güləşçisi, Azərbaycanın isə 6 il ən yaxşı idmançısı seçilən Tural Əliyevə ən yaxın dostu Həmid Rüstəmov Dost Hədiyyəsi olaraq idmançının şəklini əks etdirən xalça hədiyyə etmişdir.                              

Azərbaycanın idmanıın fəxrli simalarından biri olan  Tural Əliyev bizimlə bölüşdü:                                                             

- Dostu olmayan bu dünyada qəribdir. Yeganə xanım bildiyiniz kimi işimlə əlaqədar olaraq  artıq 2 ildir Cəlilabad rayonunda yaşayıram. İlk gəldiyim gündən Həmid Rüstəmovla aramızda doğma bir qardaşlıq münasibəti yaranmışdır. Ailəsi ilə də yaxınam, doğma, səmimi bir dostluğum var, çox gözəl insanlardır. Heç gözləməzdim   mənim şəklimi əks etdirən xalcanı mənə hədiyyə olaraq bağışlayacaq. Deyərdim ki, bu mənim üçün gözlənilməz, dəyərli bir bir surpiriz oldu. Sayıtınız vasitəsi ilə dostum Rüstəmov Həmidə, atası Hacı Tahir müəllimə öz dərin təşəkkürümü bildirirəm.   

 Yeganə Telmanqızı  “XeberTıme.az”

                                                                                                                                                                          

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ