SON DƏQİQƏ

Ön söz- FOTO

Tarix:1-09-2021, 17:04

Şair və yazıçılar, yaradıcı insanlar həyatda gördüklərini, müşahidə etdiklərini canlandıraraq qələmə alırlar.İnsanın əzəl sirdaşı sözdür.
Sözdən incə , kəsərli heç nə  yoxdur. Hər bir şairin öz duyumu, öz dəsti xətti var. Şairlər duyğulu və kövrək qəlb sahibi olurlar. Qələm sahibləri  həyatda baş verən hadisələri obrazlı şəkildə tərənnüm edərək nəzmə çəkir, şeir diliylə oxuculara çatdırırlar. Belə istedadlı şairlərdən  biri də Səadət Şahpələngovadır.                                                         
Səadət xanımın əlyazmaları masamın üzərindədir. Şeirlərini oxuduqca çox sevinib  ürəyimdə ona əhsən deyirəm.Vətənpərvər mövzusunda yazılmış  kitabın tezliklə çap olunmasını arzuladım.   
Səadət Şaban qızı Şahpələngova  1958- ci ilin may ayının 20 - də İmişli şəhərində ziyalı bir ailədə dünyaya göz açıb. 1974- cü ildə Bakı şəhərinin Səbail rayonundakı 49 saylı tam orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra imtahanları müvəffəqiyyətlə verərək Bakı Dövlət Universitetinin fizika fakültəsinə  qəbul olunmuşdur. 1979- cu ildə universiteti əla qiymətlərlə bitirdikdən sonra həmin ildən 1989 - ci ilədək İmişli şəhər 4 saylı tam orta məktəbdə ixtisasına uyğun müəllim vəzifəsində çalışmışdır. 1989- cu ildən bu günə qədər İmişli şəhər 2 saylı uşaq bağçasının müdiri vəzifəsində ləyaqətlə işləyən   Səadət Şaban qızı hələ orta məktəbdə oxuyarkən onda bədii yaradıcılığa maraq güclü olmuş və şeirlər, hekayələr yazmağa başlamışdır.   

Uzun illər yaradıcılığını gizli saxlasa da, arabir qəzet və jurnallarda şeirləri dərc olunurdu. Baxmayaraq ki, dəqiq elmlər üzrə ixtisaslaşsa  da, Səadət Şaban qızının şeirləri mükəmməl, axıcı və sadə dildə yazılmaqla oxucularının   diqqətini cəlb edir. Onu da qeyd edim ki, dəqiq elmlər üzrə bir çox şairlərin, yazıçıların bu gün də adı iftixarla çəkilir. Oxuculara təqdim olunan kitab "Həyat  kitabım" adlanır.                                           
Kitabda vətənpərvər mövzulu şeirlər çoxluq təşkil edir. Eyni zamanda nəsihətamiz və satirik şeirlərdə kitabı daha da maraqlı və  oxunaqlı edir. Uzun illər baxça müdiri vəzifəsində ləyaqətlə işləyən  Səadət Şaban qızı körpə fidan balaları da unutmur; 

Dəcəl nəvəm , yaxşı ki, sən, 
Həyatda varsan yanımda.
Sənlə rahat oluram mən, 
Ən ağır, çətin anımda .
 
"Qarabağ", " 20 Yanvar","Şəhid -  General " ,"İgid əsgər", " Xocalı harayı" və digər şeirləri şairin necə vətənpərvər və incə qəlb sahibi olduğunu göstərir.
"Xocalı harayı" şeiri hər kəsi təsirləndirir və düşmənə nifrət hissini daha da artırır; 

Xocalı harayı
 
Göy üzü, yer üzü qara boyandı, 
Sanki hər bir evdə həyat dayandı. 
Alovlar içində bir şəhər yandı, 
Millət qan ağladı, hey qan ağladı.
 
Xocalı harayı göylərə qalxdı, 
Köməksiz insanlar yollara baxdı.
Vəhşi ermənilər yandırdı, yaxdı, 
Millət qan ağladı, hey qan ağladı.
 
İgid qəhrəmanımız şəhid general - mayor Polad Həsimovun əziz xatirəsinə həsr etdiyi 
" Şəhid - General " şeiri hər birimizdə qürur hissi oyadır; 

Şəhid - General 
 
Tarixdə qalacaq adın əbədi, 
Məzarın olubdu mərdlik məbədi.
Şəhadətin bizə bil, qələbədi, 
Vətənimin igid oğlu , General! 
 
Səadət Şaban qızının şeir dili   rəvan, axıcı və çox sadədir.     

Səadət xanım 44 günlük Vətən müharibəsində bir tərəfdən qələbəmizə sevinsə də, torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda canını  qurban vermiş vətən oğullarının məğrur  baxışlarına baxarkən kədərlənir,  göz yaşlarını vərəqlərə səpələyir: 
 
Analar qalıbdır gözləri yaşlı, 
İntizar baxışlı, canı təlaşlı.
Nə qədər qazımız yarımcan başlı, 
Bunları gorməkçun neçə göz  lazım? 
 
Bəxtin qara gəldi sənin Qarabağ ! 
İgidlər qanıyla sulandı torpaq.
Salsaq da orada necə cənnət, bağ,
Qəmə köklənəcək  hey tarım, sazım.
 
Mənim də qəlbimi dərdlər daglayır,
Səadət deməyin qara bağlayır.
Üzümdə gülsəm də ,içim ağlayır, 
Olmadı nə qışım, nə də ki, yazım,
Məni məhv eylədi ümidsiz arzum .
 
Uzun illər pedaqoji sahədə çalışması, uşaq psixologiyasına bələd olması onun bədii yaradıcılığına müsbət mənada gözəl təsir etmiş və bir- birindən maraqlı əsərlər yazmışdır.                                                               
Geniş auditoriyalar qarşısında pedaqoji mühazirələr  söyləmiş Səadət xanım  Şahpələngova   Respublika Təhsil Nazirliyinin, rayon icra hakimiyyətinin dəfələrlə fəxri fərmanlarına layiq görülmüş və təşəkkurnamələr almışdır.   
Maarifçiliyin təbliğində öz sözünü demiş təcrübəli pedaqoq Səadet Şahpəngovanın  elmi publisistik məqalələri, şeirləri  bir çox qəzet və jurnallarda  çap 
olunmuş, şeirləri "Borçalı " nəsriyyatinda "Xarı bülbül" adlı almanax kitablarında, eləcə də “Zim.az”, “Zirve. info", " XəbərTıme.az"   saytlarında, " Şərqin səsi"ədəbi bədii elmi publisistik məcmuədə, "Həkəri" qəzetlərində   işıq üzü görmüşdür.     
“Qızıl qələm", "Abdulla Şaiq " və bir çox media mükafatlarına , o cümlədən  "Xari bülbül" medalına layiq görülmüşdür. 
İki övladı, iki  nəvəsi olan Səadət  Şabanqızına yeni- yeni yaradıcılıq uğurları arzulayır və inanırıq ki,  təqdim olunan kitab müəllifə geniş oxucu rəğbəti qazandıracaqdır.

DEDİLƏR  NOVRUZDUR 

Bilmirəm heç nədən başlayım sözə?
Məni qınamayın solub avazım
O qədər şəhidlər aglatdı məni
Qurudu həm yaşım,həm də bogazım
 
Analar qalıbdır gözləri yaşlı
İntizar baxışlı,canı təlaşlı
Nə qədər qazimiz yarımcan başlı
Bunları görməkçün neçə göz lazım?
 
Qan aglar onlara baxanda gözlər
Dilim topuq vurar,kəsilər sözlər
Necə rahat olaq ay Allah bizlər?
Bu qədər qüssəni mən hara yazım?
 
Baxırsan nər kimi oguldur fəqət
Deyim ki,qalmayıb dizində taqət?
Diz gedib ayaqla bərabər ,dəhşət!
Bu  daglı səhnəni mən hardan asım?
 
Birində ayaqlar yerindən yoxdur
Birinin qolları dibindən yoxdur
Tanrının kədəri dəmindən çoxdur
Fikirdən o qədər şişibdir başım
 
İlahi,bu boyda bizə dərd verdin
Biz nələr çəkirik  sən özün gördün
Agrılı,əzablı bir ömür sürdüm
Yenə qan aglayır torpagım,daşım
 
Bəxtin qara gəldi sənin Qarabag!
İgidlər qanıyla sulandı torpag..
Salsaq da orada neçə cənnət bag
Qəmə köklənəcək hey tarım,sazım
 
Mənim də qəlbimi dərdlər daglayır 
Səadət deməyin qara baglayır 
Üzümdə gülsəm də içim aglayır
Olmadı nə qışım,nə də ki,yazım
Məni məhv elədi ümidsiz arzum.
Məni məhv elədi ümidsiz arzum.
 
Yazdı:Səadət Şabanqızı
20 mart,2021-ci il

Rauf İlyasoğlu                                                                                
"Həkəri” qəzetinin baş redaktoru,                                                  
şair- publisist.



FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ