SON DƏQİQƏ

Bir şəklin tarixçəsi

Tarix:7-09-2021, 17:54

Bir şəklin tarixçəsi 
Bu şəkil 2009- cu ildə çəkilib . Bu sətirlərin muəllifinin 50 illik yubileyi və iki kitabının təqdimat mərasimi Misir Ərəb Respublikasinin Azərbaycanda fəaliyyət göstərən Mədəniyyət mərkəzində keçirilmişdi. Misir dövlətinin Azərbaycanda fəaliyyət göstərən səfiri Sabir Mənsur ,akademik Vasim Məmmədəliyev, şair tərcüməçi  Siyavuş Məmmədzadə , əbədiyyatşunas, general Yasif Nəsirli və digər şəxslər haqqımda  çıxış etdilər, gözəl sözlər dedilər.
Ondan çox  xarici , ölkələrin səfirləri də  qonaq qismində  iştirak edirdilər. 
QHT rəhbəri Aygün Zamanlı 20 nəfərə qədər saz ifaçılarını dəvət etmişdilər. 
Şeirlərimi uşaqlar neçə gözəl səsləndirdilərsə,  özümün özümdən  də xoşum  gəlirdi. Zal ağzına qədər dolu idi.
Misir Azərbaycan dostluğunun təbliğindəki xidmətlərinə görə, eləcə də həm Respublika qəzetində həm Həkəri qəzetində çap etdirdiyim  silsilə yazılarıma və orda keçirilən  tədbirləri mütəmadi olaraq işiqlandirdigima   görə Misir  Respublikasının Azərbaycandakı səfiri öz dövlət rəhbərinin adından mənə  Qızıl suya çəkilmiş qiymətli medalyon və bambuq kağızı üzərində Ramzesin şəkli təsvir olunmuş Fəxri diplom, təşəkkürnamələr təqdim etdi.
Tədbir bütün televiziyalarda və dövlət qəzetlərində Azərtac-ın xətti ilə yayımlandı.
Sonda çıxış etdim və şeirlər söylədim.
Bədii hissədən sonra şirniyyat süfrəsi təşkil olundu Rəhmətlik kicik  qardaşım Namiq böyük bir tort sifariş vermişdi. Vasim müəllim şeirimi çox bəyəndi və əlini çiynimə toxundurub sağ ol dedi.
Qədim Nil çayının sahillərində, 
Qahirədə insan cənnəti duyar,
Dahi şəxsiyyətlər yetirən diyar, 
Yaşayır el oba daim bəxtiyar.

Həmin illərdə Misirdə hələ aranı qatmaıişdilar.  
və ya
Dost olub Heydərlə  Hüsnü Mübarək, 
Dinimiz sülh dini hamıya gərək..
başlıqlı şeirim pis də alınmamışdı.
Tədbirdə iştirak edənlər yəqin ki xatırlayar. 
Gözəl insan İsmayıl Vəliyevin qardaşı Məhəmməd Vəliyev Respublika qəzetində  bu  tədbirlə bağlı ətraflı gözəl bir   məqalə də yazmışdı.
Teymur Əhmədov rəhmətə gedəndən sonra bu qəzetin də ləzzəti qaçdı.Cunki nə qədər peşəkar jurnalistlər dünyasını dəyişdi . 
Teymur Əhmədov, Xəlil Cabbarov Nərgiz Rüstəmli, Sabir Mustafayev, İlham Pənahov İlham Paşayev ,Samir Zeynalov İlham  Vedili .
Allah yerdə qalan dostlarımın canin sag eləsin  Hər biri bir dünya idi mənimçün . 
Hümbət Musayev də sağ olsun ki, qəzeti yüksək səviyyədə çap etdirərək davam etdirik
Elə olub ki, dörd tədbir yazım dövlət qəzetində çap olunub .  
Bu gün albomumu vərəqləyərkən bu şəkil məni köhnə illərə qaytardı. Onu da qeyd edim ki, Misir -Azərbaycan dostluğu ilə bağlı Həkəri və Borçalı qəzetində həm ərəb, həm Azərbaycan dillərində xüsusi buraxılışları da çap etdirmişdim.
Azadə Taleh Abbasqızı Borçalı qəzetinin baş redaktoru və Həkəri qəzetinin baş redaktoru, rəhmətlik  Əli Xankişiyev olmaqla  az da olsa xidmətlərim  yadıma düşdü.
Bu xatirələri yazmaqda dövlətdən yalvarıb nə ad almaq istəyirəm, nə də ki mənzil.
Sadəcə onu istəyirəm ki, dünyamız salamat olsun. Xalqımız firavan yaşasın. Dostlarımın canı sağ olsun.
Bəşəriyyətə bu xəstəliyi , virusu yayanları Xəlil olsunlar  dunyamiz yaxşı insanlarla dolsun.
Bu illər ərzində dünyasını dəyişən dostlarımı xatırlayıb rəhmət diləyirəm. .Bu tədbir yəqin ki, çoxlarının yaddqsindqn silinməyib .
Xahiş edirəm ki, bu yazımı təkəbbürdən uzaq təbii qəbul edəsiniz.

Rauf İlyasoğlu

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ