SON DƏQİQƏ

İftixar Piriyev-61 -FOTO

Tarix:10-09-2021, 16:38

Sən elimin ər oğlusan(gəraylı)
Sən elimin ər oğlusan,
Borçalımın fəxri adı.
Əməllərin adın kimi,
Zirvələrdə ucadadır
Ulu Öndər obrazını
Əsərində ucaltmısan.
Böyük Turan dünyasında,
Xariqələr yaratmısan.
Qaraçöpdə doğulmusan,
Yaradandan güc almısan.
Öz xalqının sevgisi ilə,
İldən-ilə ucalmısan.
Yaşatmısan məsləyində
Azərbaycan amalını
Bəxş etmisən bu sənətə,
Üzü parlaq kamalını.
61 yaşın mübarək,
Bu həvəslə 100 il yaşa,
Ana yurdu məhəbbətin
Qoy bəzəsin başdan-başa.
Azadəyəm diləyim var,
Qoy bol olsun uğurların.
Haqq yolunda dayanmısan,
Tükənməsin arzuların!!!!!
Hacı Azadə-Taleh Abbasqızı
PS. “Qafqaz-Media”İB İdarə Heyyətinin 07.09.2021-ci il tarixli qərarı ilə İftixar Piriyev 60 illik yubileyi münasibəti ilə “Vicdanlı Qələm”medalı ilə təltif olunur.
100 yaşa,sağlam yaşa.



FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ