SON DƏQİQƏ

Gözəllikdir xilas edən ..

Tarix:10-09-2021, 16:44

Gözəllikdir xilas edən ..
Qəbələ rayonunda şəhid ailələri ilə birlikdə görüş keçirilərkən nurani bir şəxs mənə bir kitab təqdim etdi Kitabın adı diqqətimi cəlb etdi.
" Gözəllikdir xilas edən".
Üz qabığında dünyanın atlaz xəritəsi də  xüsusi önəm kəsb edir.
Həqiqətən də dünyanı gözəlliklər, saf əməllər, dürüstlük, saflıq, xeyirxahlıq xilas edə bilər.
İnsan uca Yaradana bəndəlik edə bilsə, şeytanı yola meyl etməsə,paxıllıqdan uzaq olsa, bəşəriyyət həqiqətən  də gözəlləşər,  insanlar mehriban və  sülh şəraitində yaşayarlar.
Təqdim olunan kitabın müəllifi Əmirxan  Zahid oğlu Burzuyevdir 
Əmirxan Burzuyev 27 may 1947- ci ildə Qəbələ ( keçmiş Qutqaşen) rayonunun Əmirvan kəndində zəhmətkeş bir ailədə dünyaya gəlib.
Ali təhsilli müəllimdir.Əmirxan müəllim 1973- cu ildən 1991- ci ilə qədər Əmirvan kənd orta məktəbdə direktor vəzifəsində şərəflə, vicdanla işləmişdir.O əsl əqidə adamıdır. Təmizlik , dürüstlük ona ata babalardan keçmişdir.
Pedaqoji kollektivin, şagirdlərin böyük hörmətini qazaiş təcrübəli pedaqoqun xidmətləri  layiqincə qiymətləndirilmişdir. 
1987- ci ildə " Böyüməkdə olan gənc nəslin təlim- tərbiyəsində qazanılmış müvəffəqiyyətlərə görə Azərbaycan SSRİ Ali Soveti Rəyasət Heyətinin, Təhsil Nazirliyinin Fəxri Fərman, Diplom və təsəkkurnaməri  ilə təltif olunmuşdur.
Təqdim olunan kitabın redaktoru və ön söz müəllifi təcrübəli qələm sahibi, sair- jurnalist Emin Baratoğludur.
Əmirxan müəllim pedaqoji fəaliyyəti ilə yanaşı,bədii yaradıcılıqla da məşğul olmuş,müxtəlif mövzulu şeirlərin, ocerklərin və publisistik məqalələrin müəllifidir.
Vaxtilə çap olunmuş 
" Məktəb mənim həyatımdır"(2000),
 " Qəlbimizi saf duyğular bəzəsin":(2002), " Həyatın nəbzini sevgidə ara"(2007) adlı şeirlər kitabları şairə geniş oxucu rəğbəti qazandırmışdır; 

Vətən üçün nə etmişik hələ biz, 
Zərrə qədər heç olmasa qoyaq iz.
Zərrələrdən yaranmışdır göl, dəniz, 
Vaxtı deyil yorulmağın, ürəyim !- 
deyən 74 yaşlı  qəlbi  Vətən eşqi ilə döyünən Əmirxan müəllim ədalətsiz və münaqişələrə qarşı ' Yurd həsrəti " adlı şeiri ilə dünyaya səslənir və hər kəsi duygulandirır; 

Səksən yaşlı bir qocanın,
Həmsöhbəti oldum bu gün.
Öz yurdundan , yuvasından, 
Salınmışdır o didərgin.

Ah çəkərək mənə baxdı, 
Düşünürdü bu andaca.
Səksən yaşa necə çatıb, 
Yurd itkisi çəkən qoca.

Yurd sevgisi , Vətən dərdi, 
Tamam başqa əlamətdir.
O yurdumuz , ocağımız, 
Babalardan əmanətdir.

Qayitmadasaq yurdumuza , 
Bagışlarmı ruhlar bizi? 
Yurd həsrəti , yurd nisgili, 
Ağrıtmasın qəlbimizi.
Rayonunun ictimai işlərində fəal iştirak edən Əmirxan Burzuyev 1993- cu ildən Qəbələ rayon icra hakimiyyəti başçısının Əmirvan  kəndi üzrə nümayəndəsi təyin olunmuşdur.1993- cu ildən ərizəsinə əsasən doğma iş yerinə qayıtmış və pedaqoji fəaliyyətini uğurla davam etdirmişdir.əktəi özünə dost evvhesab edən , peşəsinə bütün varlığı ilə bağlı olan Əmirxan Burzuyev Respublika müəllimlərinin 11- ci  Qurultayının nümayəndəsi olmuşdur.
Əmirxan müəllim 2012- ci ilin sentyabr ayından yerini  gənc müəllimlərə həvalə edərək təqaüdə çıxmışdır.
Əmirxan müəllimi  tez - tez şəhid ailələrinin yanında görmək olur. Bir vaxt dərs dediyi məzunları 44 günlük vətən müharibəsində igidliklər göstərmişdir. Müəllim üçün şəhid tələbələri haqqında söz demək, vətənin mübariz oğullarınin xatirəsinə şeir yazmaq  bir sair- müəllim ucun çox çətin və olduqca  ağrılıdır.
Şərəfli ömrünün 50 ildən çoxunu gənc nəslin vətənpərvər ruhda böyüməsinə həsr etmiş Əmirxan müəllimə  sağlam ömür, can sağlığı və yeni- yeni yaradıcılıq uğurları arzulayırıq.

Rauf İlyasoğlu

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ