SON DƏQİQƏ

Şəhidlər unudulmur- FOTOLAR

Tarix:24-09-2021, 20:42

Qurbanov Xansu Elsevər oğlu 23-sentyabr 2000- ci ildə, Naxçıvan Muxtar Respublikası Babək rayon Cəhri kəndində anadan olmuşdur.
2006-cı ildə  15 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxili olmuşdur. Təhsilini 10-cu sinifə qədər davam etdirə bilmişdir. 2018-ci ilin oktyabr ayının 20-de,  həqiqi hərbi xidmətə başlamışdır.  2020-ci ilin mart ayının 20-də əsgərliyini tamamlamışdır. 2020-ci il aprelin 1-də  N saylı hərbi hissədə MAXE ( Müddətdən artıq xidmət edən) olaraq işə başlamışdır. Oktyabrın 1 -də ikinci böyük Vətən müharibəsinə qatılmışdır. Füzuli, Suqovuşan, Cəbrayıl, Xocavənd, Qırmızı bazar, Şuşa döyüşlərində iştirak etmişdir. Noyabrın 9-dan 10-a keçən gecə zəfər müqaviləsinə 2 saat qalmış şəhidlik zirvəsinə ucalmışdir.

Xansu Elsəvər oğlu Qurbanov
Xatirəsinə
Qismətin Şəhidlik Oldu

Ana göz yaşların tuta bilmədi,
Danışdı oğlundan qəlbi titrədi.
Oğul məhəbbətli,sevgi istəyim,
Dil açdın könlümdə məndən yaz dedin.
///
Övladın  itkisi,köksün dağlayıb,
Kədərin qəmindən qara bağlayıb.
Məhəbbət sevginin nişanəsi sən,
Dil açdın könlümdə, məndən yaz dedin.
///
Şəhidin son sözü, qulaqlarımda,
Susayan dilimin dualarında.
Beynimin içində, suallarında,
Dil açdın könlümdə məndən yaz dedin.
///
Həyatı əbədi qara boyandı,
Evimin çırağı söndü qaraldı.
Tanrı çox sevdi,bizdən onu  aldı,
Dil açdın könlümdə məndən yaz dedin.
///
Xansu,  qismətin şəhidlik oldu.
Gözümün çırağı tək ümid oldu,
Qəmli xatirələr sirdaşım oldu
Dil açdın  könlümdə,məndən yaz dedin.
///
Yuxuların əziz qonağı oldun,
Qəbrinin içində nura qərq oldun.
Şəhidim,peyğəmbər əsgəri oldun,
Dil açdın könlümdə məndən yaz dedin.


MÜƏLLİF: SEVDA İBRAHİMLİ
Bakı/
21.09.2021


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ