YAD EDİLƏN XATİRƏLƏR
SEVGİ Polat qızı
X - cu sinif şagirdi
Naxçıvan şəhəri Culfa rayonu Göydərə kəndi.
Kövrək addımları ilə şeir dünyasına yeni qapı açan Sevgi Polad qızının,.
Oxucu ilə ilk görüşü ,Şairlər dünyasına ilk baxışı.
Şəhidlərimizi vəsf edən Sevgi qələminin daima körpə qəlbindən gələn duyğuları, canlandırır.
Çarəsizlik ömrümün,
Unudulmaz yarası.
Hələ yeni başladıq,
Acı bunun harası ?!
Neçə şəhid düzüldü,
Qırx dörd gündə önümə.
O igidlər dözməyib,
Getmişdilər ölümə.
Xudayar təsnifidir
Qulaqlarda çınlayan.
Körpələrin səsidir,
ATA! deyib ağlayan.
Daşqının sözləridir,
Arxasınca ağladan!
Ürəklərə dərd salıb
Yaraları qanadan !
Hər an çəkiləcəkdir!
Böyük qəhrəman adı.
Dünya Tanıyacaqdir
Ər General Poladı.
Artıq dünya tanıyır,
Səni şəhid MÜBARİZ!!
Salmısan tarixlərə
Silinməyən böyük iz!
Əsir idi düşmənə,
Tapdılar sonda yerin.
Naxçıvan döyüşçüsü,
Gülməmmədov Aminin!
Düşmən tərəfdən olmuş,
İşgəncələr var onda.
Şəhid oldu o, sonda,
Vətəninin yolunda.
Şəhid Məmmədli NİCAT!
Naxçıvan şəhididir,
Belə gətirdi həyat
O cənnət mələyidir.
Otuz rütbəli şəxsin,
Xilas etdi həyatın .
Adı dastana döndü
Cəsur şəhid Nicatın.
Yaşar Babayevdə də
Ürək qum tək ovuldu,
Görmədiyi qızının,
Adı Narin qoyuldu!
Cənnətin torpaqları,
Şəhidlərlə doludur.
Əsgərlərin getdiyi,
O yol cənnət yoludur!
Qarabağ torpaqları,
Al qanlara boyandı
Bu vətənin yolunda
Şəhid adlar ucaldı.
Allah rəhmət eləsin şəhidlərimizə.