SON DƏQİQƏ

Aparıcı, şəhidin hərbi formasını 1 il evində niyə saxladı?

Tarix:27-09-2021, 09:35

27.09.2020 ci il tarixində "Çıxış Yolu"nun çəkiliş qrupu ilə Masallıya, Aprel şəhidi Nurlan Əsgərlinin anasını ziyarətə getmişdik. Vətən Müharibəsinin başlanma xəbərini də elə şəhidin ocağında aldıq. Ziba ana oğlunun hərbi geyimini mənə verib dedi ki, -"Bu müharibədə qələbə bizimdi, mənə söz ver ki, Şuşaya gedəndə Nurlanımın geyimində gedəcəksən. Böyük oğlum, XTQ nin zabiti İntiqam Əsgərli də  qardaşının qisasını alacaq!". Qələbəyə bir gün qalmış, noyabrın 9-da İntiqam Əsgərli Şuşa döyüşlərində qəhrəmancasına şəhid oldu və “Vətən Müharibəsi Qəhrəmanı”adına layiq görüldü. Mən Qarabağ uğrunda iki oğlunu şəhid verən Ziba anaya verdiyim sözü tutdum, ananı Şuşaya gətirdim və bir il evimdə əmanət saxladığım şəhid Nurlan Əsgərlinin hərbi geyimini anaya təhvil verdim.                                    Nuranə Gülər                                                               
Jurnalist, televiziya aparıcısı 


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ