SON DƏQİQƏ

Şəhidlər bulağı

Tarix:27-09-2021, 09:46

43 il əvvəl bir institutda oxuduğumuz, yataqxanada bir otaqda qaldığımız tələbə dostumuz, hamımızın qağa deyə müraciət etdiyimiz Ələddin Məhəmməd oğlu Həsənov Bakının Qala qəsəbəsində  yaşadığı həyət evinin qarşısındakı küçədə şəhidlərimizin ruhuna ehtiram əlaməti olaraq şəhid bulağı inşa etdirərək sakinlərin istifadəsinə vermişdir Böyük savab işlər görmüş , imkansız insanlara maddi köməkliklər etmiş , necə-  necə  gənclərin ailə qurmasında yardımçı olmuş Ələddin Həsənov köklü nəslin nümayəndəsidir .
Onu da qeyd edim ki, Ələddin müəllim Naxçıvan Muxtar Respublikasınin  Şahbuz   rayonunun Yuxarı Qışlaq kəndində dünyaya gəlib. Atası Məhəmməd Həsənov  zəhmətkeş insan olub, uzun illər məktəb direktoru olmuş, dinə- imana bağlı  el ağsaqqalı xeyirxahlığı ilə böyük nüfuz qazanmışdır. Onu da qeyd edim ki, Ələddin Həsənov  vaxtilə atasını müqəddəs Həcc ziyarətinə göndərərək sağlığında savab iş görmüş ən xoşbəxt ailələrdən biridir. Ələddinin anası Fatimə xanım uzun illər gənc nəslin təlim tərbiyyəsi ilə məşğul olmuş ali dərəcəli müəllimdir. Biz bu  qonaqpərvər evin 40 il əvvəl dəfələrlə qonağı olmuşduq. 
Şəhidlərimizin adını hər an uça tutan Ələddin qagamıza   can sağlığı, uzun ömür arzulayırıq.

Rauf İlyasoğlu 
“XeberTıme.az”


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ