SON DƏQİQƏ

Xatirəyə dönmüş anlar

Tarix:25-10-2021, 11:31

43 il əvvəl evlərində qonaq olduğum etibarlı dostumuz Ələddin Həsənovun qardaşı Xaləddin Hacı Məhəmməd oğlu Həsənov eşidəndə ki Naxçıvandayam,Şahbuz rayonunun Yuxarı Qişlaq kəndində yaşayan dostunuzla yenidən  görüşdük.Köhnə və unudulmaz xatirələri yada saldiq.Kənddən Naxçıvana mənimlə görüşməyə gələn Xaləddin məni evlərinə qonaq etsə də vaxt azlığından , həm də qaldığımız oteldə 75 kilometr aralıda yerləşən Darıdağa gedib 15 dəqiqə yerdən təbii qaynayan müalicəvi əhəmiyyətli istisuda müalicə olundugumuza görə çoxsaylı təkliflərdən imtina etməyinizə dostlarimiz da imtina etmədilər. Çünki, can sağlığı hər şeydən üstündür. Hər birinizə can sağlığı arzulayıram .Uzun illər  Şahbuz rayonunun Yuxarı Qışlaq kəndində məktəb direktoru işləmiş el ağsaqqalı, gözəl qəlb sahibi,  Hacı Mamed Həsənovu , eləcə də Kuku kənd orta məktəbində  riyaziyyat müəlliimi  işləmiş  Həsən müəllimi ehtiramla xatırladıq , dünyasını dəyişən doğmalara rəhmət dilədik.
Mamed müəllimlə  birlikdə uzun illər gənc nəslin vətənpərvər ruhda böyüməsində əvəzsiz xidmətləri olan Fatma anamıza can sağlığı arzulayırıq.
 Xaləddin və qardaşı Faxrəddin bu gün də  valideynlərinin yolunu uğurla davam etdirərək pedaqoji sahədə çalışır və uzun illərdir ki, müəllim işləməklə valideynləri kimi hörmət qazanıblar.
Onu da qeyd edim ki, Ələddin, Faxrəddin, Xaləddim və Əfsələddin qardaşları məni özlərinə doğma qardaş , mən də onları özümə doğma qardaş sanıram. 
1977-82- ci illərdə  Ələddinlə həm institutda bir oxumuşuq, həm də  yataqxanada bir otaqda bir qalmışıq.
Ələddin qəlbi geniş, dosta sədaqətli oguldur.Ələddin, Nazim və digər dostlarla tələbəlik illərində Gəncədən gah Ağdama gedərdik, gah da Naxçıvana .
Əziz oxucular! Bu gün  Dost mərkəzinin xətti ilə bir qrup veteranlarla, əlillərlə , qazılərimizlə, şəhid ailələri ilə Cernobl əlilləri ilə birlikdə Naxçıvanda Düzdag otelində qalaraq müalicə olunmağımız  dövlətimizin biz , həssas təbəqəli insanlara  gostərilən  diqqət və qayğının barış nümunəsidir
Qaldığımız on gün ərzində  çox dostlarla görüşdük. Bir vaxtlar Kəngərli rayonunun Xok kəndində yaşayan tarıx səni görüm bulqur bulvar əvə şahmat müəllimi işləmiş və bu gün də gənc nəslin vətənpərvər ruhda böyüməsində xidmətləri olmuş Facebook'da dostlasdiğımız  Zülqər Abbasovla Naxçıvan şəhərində  görüşümüz  olduqca maraqlı oldu. Möminə Xatun məqbərəsi önündə xatirə şəkilləri cəkdirdik.
Qaldigimiz Duzdag otelində  basysraq ki, bizə hər cür şərait yaradılsa da Zulqər müəllim bizi günorta şəhərin gözəl bir guşəsində Milli xörəklər deyilən bir kafeyə gətirdi. Bildirçin kabinin, eləcə də gogər xörəklərdən təam etdik.
Sürücümuz , Çernobl əlili Meydan Babayev bizi  son dərəcə təmiz və səliqəli şəhərin görməli yerləri ilə tanış etdi.Daridag istisu sanatoriyasında on günlük müalicəsiz bu gün başa çatır. Lakin qonaqpərvər və mehriban dostlarımızdan ayrılmaq istəmirəm.Hələ bu gün Facebook dan tanıdığım və hər bir yazıma, şeirinə fikir bildirən şair dostumuz Kirman Rüstəmli də bu gün Duzdag otelinə gələcək və daha yaxından tanış olaraq  çay süfrəsi ətrafında söhbət edəcəyik.
Ələddin, Xaləddin, Faxrəddin, Əfsələddin Həsənov qardaşlarıma,Zulqər Yuns oğlu Abbasova , Meydan Əmir oğlu Babayevə və Naxcivan televiziyasının əməkdaşı Məhərrəm müəllimə təşəkkür edirəm.
Növbəti illərdə görüşmək ümidiylə doğma Naxçıvandan sabah səhər inşallah Bakıya yola guşəcəyik.
Uca rəbbm xalqımızı və dövlətimizi qorusun.
Rauf İlyasoğlu

“XeberTıme.az”  



FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ