SON DƏQİQƏ

İstedadlı şair dostumuz haqq dünyasına qovuşdu- VİDEO

Tarix:26-10-2021, 21:31

Şair dostum Yədulla Ləkinlinin vəfat etməsini indi eşitdim, çox kədərləndim Nərimanov rayon ağsaqqallar şurasının özək  rəhbəri, vətənpərvər insan, ensiklopedik biliyə malik gözəl bir zıyalimizın  vəfat etməsi  onu tanıyan dostlarını çox kədərləndirdi.Həyat yoldaşı da xəstə idi. Müalicə olunurdu. Hər dəfə bu haqda söhbət edərkən gözləri yaşarardı. Yədulla Ləkinli hər gün mənim vatsab nömrəmə canlı səsi şeirlər göndərərdi. Deyərdi ki, əlyazmalarımı iki qalın dəftərə köçürtmüşəm.Evdə də demişəm ki, başıma bir iş gəlsə, şeirlərimi Rauf İlyasoğluna verərsiniz, çap edər. Elə bil ki, ölümünü də qabaqcadan bilirdin..
Əziz qardaşım! Bir aydan çox idi ki, sənin səsin gəlmirdi.Fikirləsirdim ki, nəvələrini məktəbə, ömür gün yoldaşını isə  hər həftə xəstəxanaya  apardığın üçün mənə danışmağa yəqin vaxtın yoxdur. 
Amma sən elə oğul deyildin.Hər gün mənə zəng edərdin.
Mənim isə başım tədbirlərə qarışmışdı. Son vaxtlar səhhətimlə əlaqədar işə də getmirdim.
Yədulla ləkinli dərin düşüncə tərzinə malik sözünü cəsarətlə deyən,dürüst ,hər bir elmdən xəbəri olan dərin biliyə malik şəxs idi.
Əziz qardaşım! Məni bağışla! Bizi nə tez  tərk etdin.Mənə yazdığın  şeirləri və sənə həsr etdiyim şeirləri də toplayaraq çap etdirməyə çalışırdım.
Nə öz kitabının çapını gördün,nə də ki, mənim kitabımı.Butun tədbirlərdə fəal iştirak edərdin. Məntiqli sözlərinin qarşısında çoxları susurdu.Mənə daha çox etibar edərdin.Hətta  ustad deyərdin, amma sən özün ustadlar ustadı idin.Naxcivandan qayıdan kimi gəlib məzarını ziyarət edəcəyəm, əziz qardaşım.
Ruhun şad olsun, qardaşım! Məzarın ilahi niruyla dolsun .Allah sənə rəhmət eləsin. Yerin behişt olsun. Allah imkan versə, kitabını da tezliklə çap etdirəcəyəm.
Rahat  uyu, gözəl insan. Dost haqqında nekroloq yazarkən neçə dəfə ölüb, dirilirəm, qardaşım. Heç kəsə əziyyət vermədin. Evə gələrək ürəyini tutdun və sakitcə gözlərini yumaraq bu fani dünyaya əlvida deyərək  əbədiyyətə qovuşdun. Bu gün isə səndən bizə  qalan unudulmaz xatirələr, bir - birini təkrarlamayan  bənzərsiz şeirlərin, dostlarına, doğmalarına  həsr etdiyin əsərlər yadigar qaldı.Bu bir ilin ərzində neçə - necə doğmaları, dostları itirdim, ilahi! Qardaşım oğlu Asiman Niyaz oğlu unnsəhadətə qovuşmasına eşidərkən göz yaşlarınla yazdigin şeiri şəhid atası Niyaza oguyarkən, xəstəxanada qan köçürülən qardaşım nə qədər möhkəm iradəli olsa da gözlərinin yaşını saxlaya bilmədi. Bircə kəlmə dedi. Yədulla müəllimin şeiri çox güclüdür..Heyf ki, sizi görüşdürə bilmədim.
Və bu kəlmələri bir nəfəsə heç bilmədim necə yazdım.
Əziz qardaşım Yədulla Ləkinli! 
Qəzetimizin məsul əməkdaşı idin. Tez tez şeirlərin dərc olunurdu. Bu gün isə dost itkisi haqqında nekroloq hazırlamaq mənimçün çox çətindir.Səni duyduğum üçün necə də sevinirdin.Mənim yaradcılığıma ən yüksək dəyər verən də sənin kimi dostlar, söz xiridarlari idi.
Allah sizi qəbr əzabından qurtarsın. Məzarın ilahi niruyla dolsun.

Allah sənə rəhmət eləsin, əziz dostum, qardaşım.

Rauf İlyasoğlu                                                    
“XeberTıme.az”


                                                                                                                                                                          

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ