SON DƏQİQƏ

Batalyon komandiri Adil Həşimzadənin məzarını ziyarət etdik.

Tarix:4-11-2021, 02:40

Bu gün Qubadlı batalyonunun komandiri Adil MirTeyyub oğlu Həşimzadənin  vəfatının il dönümü ilə əlaqədar Bakının Bilgəh qəsəbəsində uyuyan mərhum komandanın məzarını ziyarət etdik. Vətən yolunda canını qurban vermiş cəmi soydaşlarımıza Allahdan rəhmət dilədik.Ruhlarına dualar oxuduq.
Azərbaycanın xalq qəhrəmanı Aslan bəy Sultanovun nəvəsi , tədqiqatçı, tarixci alim,  hüquqşünas, yazıçı Faiq  Abdullayev,  vətənpərvər ziyalı Cəlal Qubadlı və  bu sətirlərin müəllifi Rauf İlyasoğlu  ilə birlikdə  məhrum komandirin doğma qardaşı, keçmiş döyüşçü , bölük komandiri Aqil Həşimzadəyə  baş sağlığı verdik 
Sonra Aqil Həşimzadə  bizi Bilgədə yerləşən  bağına dəvət etdi , qardaşı Adil Həşimzadə ilə bağlı kövrək xatirələrini bizimlə bölüşdü.Beş saatdan artıq süfrə arxasinda əyləşərək həmin illərə  xəyalən ekskursiya etdik 
O illərlə bağlı xatirələrimizi söylədik.
1990 - cı illərdən erməni vandalizminə  qarşı amansız mübarizə aparan   batalyon komandiri Adil Həşimzadənin vətəninə və millətinə qarşı etdiyi əvəzsiz xidmətləri xalqımız heç zaman unutmayacaqdır. 
Adil Həşimzadənin  əziz xatirəsi  onu sevənlərin qəlbində əbədi yaşayacaqdır.
Allah igid qardaşımıza rəhmət eləsin, məkanı cənnət olsun.
Əziz qardaşımız! Rahat yat! Sənin arzuların çin oldu. Qarabağ və Zəngəzur  torpaqları   yağı taptağindan azad olundu.

Rauf  İlyasoğlu      

“XeberTıme.az”



FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ