SON DƏQİQƏ

Xeyirxah insanlar, çörəkli kişilər unudulmur- FOTO

Tarix:12-11-2021, 21:02

Xeyirxah, mərd  insan  Qorxmaz Səfərovu və ömür gün yoldaşını uzun illərdir ki, tanıyıram. Sonradan bu tanışlıq möhkəm dostluğa çevrildi.Dinə , imana bağlı nümunəvi bir ailə ilə saf dostluğumuz bu gün də davam edir. Qorxmaz müəllimin ömür gün yoldaşı Nəbibə Səfərova uzun illər pedaqoji sahədə çalışmış, gənc nəslin vətənpərvər ruhda böyüməsində əvəzsiz xidmətlər göstərmişdir.  Nəbibə xanım  hələ orta məktəbdə oxuyarkən bədii yaradıcılıqla da məşğul olmuş və sonralar Qorxmaz müəllimin köməkliyi ilə bir - birindən dəyərli nəşihətamiz şeirləri ,əsərləri ,  dini mövzulu  kitabları ərsəyə gəlmişdir."Həkəri" qəzetinin şöbə müdiri , " Qızıl qələm" və bir çox media mukafatlarina layiq görülmüş Nəbibə Həbibinin bir neçə kitablarının redaktoru və ön söz müəllifi olaraq bildirim ki, o qədər səlist və vətənpərvər yazan qələm sahibinin  şeirlərinin bir o qədər də dəsti xəttinə belə dəyməmişəm. Çünki Nəbibə Həbibi peşəkar qələm sahibi olaraq mətbuat səhifələrində çap olunan şeirləri  müəllifə geniş oxucu rəğbəti  qazandırmışdır.
Ay TV 1 internet TV kanalında bu sətirlərin təklifi və Aygün Hüseynin təqdimatı əsasında bir saatlıq  verilişdə məhz Sivas Yazarlar birliyində, Almanaxda çap olunmuş türkdilli şairlərin şeirləri içərisində Nəbibə Həbibinin də şeirlərinin çap  olunması Qorxmaz müəllimi daha çox sevindirdmişdi.
Son bir il ərzində dünyasını dəyişən dostlarımı yada salanda daha çox kövrəlirəm.
Əsasən də karona virus deyilən bəlaya düçar olunan dostlarımın qəflətən dünyasını dəyişməsi bizi çox kövrəldir  və həkimlərin də tam sağalda bilmədiyi bu bəlanı bəşəriyyətə yayanları günahlandırıram.
Bu bir il ərzində əziz dostlarımız Ramiz Əzizbəyli, Zahid Məmmədov və bir çox yaxın dostlarım və qohumlarımla bərabər Qorxmaz müəllimin də dünyasını qəflətən dəyişməsi hər birimizi çox  kədərləndirdi.
Oktyabrin- 16 dan- 26 na qədər Naxçıvan  pansionatinda  müalicə olunduğum ərəfədə  ayın 20 də Qorxmaz Səfərovun vəfatını gec bildim. 
Və müalicədən qayitdiqdan sonra qəzetimizin əməkdaşı Aygün Hüseynlə birlikdə   Nəbibə  Həbibiyə və övladlarına baş sağlığı verdik.
Aygun Hüseynlə birlikdə  canlı yayım vasitəsi ilə Qorxmaz Səfərovun  xeyirxah fəaliyyətini işıqlandırdıq.
Nəbibə Həbibi xahişimizi nəzərə alaraq  Qorxmaz muəllimlə bağlı kövrək xatirələrini bizimlə bölüşdü və  inanıram ki, bu xatirələr istəkli oxucularımız üçün də maraqlı olacaq. Çünki hər bir kəs öz valideynini uca tutmalı və Qorxmaz müəllim kimi vətənpərvər xeyirxah, dürüst və mərd olmalıdır.
Nəbibə xanımın xatirələrindən: 
- O, dövrünün sayılıb-seçilən ziyalısı, millətini, xalqını sevən bir vətəndaş, kökünə, soyuna dəyər verməyi bacaran bir övlad, ailəsinə, övladlarına bağlı bir ata, Nəbibə xanımın özünün dediyi kimi "ömrümün əvəzsiz vəfadarı" olan bir həyat yoldaşı idi.
  Qorxmaz Səfərov gördüyü xeyirxah işlərinin sayı-hesabı yoxdur. Çətinlikdə olan hər dosta, tanışa, hətta tanımadığı insanlara, hər kəsə bacardığı köməyi əsirgəməzdi. Kiməsə mənəvi, kiməsə maddi, bəzi insanlara fiziki yardım etməyə tələsirdi. 
  Xeyirxah işlər onun hətatınn stimulu idi. 
  Bir qonşunun nevroloji xəstə uşağı var idi. Səhər-səhər işə gedəndə uşağın anası ilə küçədə rastlaşır. Hal-əhval tutanda ana ağlayır, deyir ki, uşağın halı çox korlanıb, gecəni səhərə kimi qışqırır, ağlayır, yatmır. (uşağın 12-13 yaşı var)
Özünü əldən salır, məni də, bütün ailəni də. Qorxmaz Səfərov: -bəs həkimə demisənmi? - soruşanda, ana cavab verir ki, əlbəttə. 
Həkim 20 günlük müalicə yazıb, uşağı hər gün xəstəxanaya aparıb gətirmək lazımdır. Söhbətdən aydın olur ki, nə uşağı aparıb gətirmək üçün maşın, nə də dərmanlar üçün pul var. Qorxmaz Səfərov anaya deyir ki, heç nə fikirləşmə, sabahdan uşağı hazırla,  müalicəyə aparaq. Beləliklə, Qorxmaz Səfərov o uşağı hər gün öz maşını ilə  müalicəyə aparır , gətirir,  müalicə pulunu da, dərman pulunu da özü ödəyirdi.
 Qohumluqda iki uşaqlı bir qadın var idi.
Həyətində  kiçik bir sınıq- salxaq  tikili yarımçıq qalmışdı.Qadın çox istəyirdi ki, o tikilini təmir edib balaca bir otaqlı ev halına gətirsin və dolanışıq üçün kirayəyə versin.Qorxmaz  müəllim onun da köməyinə çatdı.Bəzi işləri pulla ustalara gördürdü,bəzi işləri isə özü həll etdi.Evi təmir etdirib həmin yetim uşaqlara hədiyyə etdi .
Briqadasında işləyən orta yaşlı bir usta var idi.
Bir gün usta möhkəm xəstələnir və işə gəlmir.
Qorxmaz müəllim öyrənir ki, ustanın böyük bir problemi çıxıb və ona xəstəxana xərclərini ödəmək üçün  təcili olaraq 2 min  manat  lazımdır.
Qorxmaz müəllim həmin ustanın 500 manat maaşını və üstünə də şirkətdən gələcəkdə hissə- hissə ödəmək hesabı ilə 1700 manat əlavə edib,müalicə üçün ustaya çatdırır.
Usta təşəkkürünü bildirib,mütləq ödəyəcəyini deyir.
Lakın müalicədən sonra usta sağlam olaraq  işə qayıda bilmir, hər dəfə də deyir ki, bir təhər ödəyəcəyəm.
Qorxmaz müəllim bilirdi ki, bu xəstə insan şirkətin borcunu heç vaxt ödəyə bilməyəcək.
Ona görə də özü hissə - hissə həmin pulu dövlətə ödəyir.
Usta Qorxmaz müəllimin bu yaxşılığını eşidəndə kövrəlir və deyir ki,yaxşı ki, yer üzündə Qorxmaz müəllim kimi xeyirxah insanlar var.
Qorxmaz müəllimin briqadasında yaşlı bir kişi işləyirdi .Müəyyən səbəblərdən bu qoca nəvələrini özü saxlayır, böyüdürdü.
Böyük nəvəsi 12 yaşa çatmışdı.Amma yaşlı baba heç cür imkan eləyə bilmirdi ki, onları müsəlman etsin.
Qorxmaz müəllim bu işi də öz öhdəsinə götürdü.Yaxşı həkim tapıb oğlanları xəstəxanaya apardı, uşaqlar müsəlman oldu.Babanın sevincinin həddi- hüdudu yox idi.
Qorxmaz müəllimin həyat hekayəsi olduqca çoxdur.Bəlkə də toplayıb yazan olsa, böyük bir roman edər.
Yeri gəlmişkən onu da deyim ki, Qorxmaz müəllim həm böyük, həm də ziyalı bir nəslin nümayəndəsidir.
Ulu babası Bisavad Muxtar Maśtağa kəndinin sayılıb seçilən söz ustalarından olmuşdur.
Gözəl , nəsihətamiz qəzəlləri, mərsiyyələri və növhələri  bu gün də dillər əzbəridir.
Məşədi Muxtarın oğlu Əhməd Anatollu isə Qorxmaz Tofiq oglunun babasıdır.
Əhməd Anatollu dövrünün tanınmış söz ustası,görkəmli aktyoru olmuşdur.
Bir çox filmlərdə, o cümlədən " Səhər", " Uzaq sahillərdə", " Arşın mal alan" filmlərində çəkilərək  maraqlı obrazlarla bu gün də xatırlanır.
Teatr səhnəsində də unudulmaz, təkrarsız obrazlar yaratmışdır. Azərbaycanın Əməkdar Artisti fəxri adına layiq görülmüşdü.
Onun öz evində və arxivlərdə çoxlu şeir və yazıları var idi.
Bunlar hamısı əski əlifba ilə yazılmış əlyazmalar idi.
Bu 1935- 40  illər idi ki, arxivdə və evində  o vaxtdan Qorxmaz müəllim  atasının əlyazmalarını saxlayırdı.
Qorxmaz müəllim çox axtarışdan sonra bu yazıları Azərbaycan əlifbasına çevirəcək dəyərli insan,çox ziyalı xanım,  150 -;dən çox kitabların müəllifi Əlyazmalar institutunda işləyən  Sona Xəyalı soraqlayib tapdı.
Sona xanım ( Allah ondan razı olsun)  çox böyük həvəslə bu işə girişdi və onun gərgin zəhmətinin nəticəsində Əhməd Anatollunun 264 səhifəlik " Əlli il Azərbaycan səhnəsində" və 256 səhifəlik " Öz aramızda qalsın" kitabları işıq üzü gördü, Azərbaycan əlifbasında- latın qrafikası ilə   çoxsaylı oxuculara təqdim edildi.
Qorxmaz müəllim ( Allah məkanın cənnət eləsin)  ulu babası Kərbəlayi Muxtar Bisavadın da 48 səhifəlik " Əsərlər" adlı əlyazmasının   da kitab  formasında çapına müvəffəq oldu.
Daha sonra isə 2016 -cı ildə  görkəmli rejissor, mərhum Məhərrəm Bədirzadə ilə görüşərkən 
 söhbət əsnasında aydın olur ki,Məhərrəm Bədirzadə  Əhməd  Anatollunu çox yaxından tanıyırmış.
Beləliklə Məhərrəm müəllim (Allah  onu cənnətlə mujdələsin) Əhməd Anatollunu tanıyan bir çox aktyorlarla,görkəmli sənətkarın yaxın qohumları ilə görüşür, söhbət edir,məlumat toplayır.
Əlbətdə ki, bütün bunlar Qorxmaz müəllimin təşkilatçılığı və bilavasitə iştirakı ilə həyata keçirilir.
Beləliklə bir müddətdən sonra Qorxmaz müəllimin,Sona Xəyalın, Məhərrəm Bədirzadənin, İlham Rəhimlinin və bir çox yaradıcı heyyətin gərgin əməyinin nəticəsində Az TV -nin Mədəniyyət 
kanalında " Sənətkar ömrü"  adlı film ərsəyə gəlir  və bu film Azərbaycanın görkəmli aktyoru, ləyaqətli ziyalı Əhməd  Anatollunun ömür yoluna və səhnə fəaliyyətinə həsr edilir.
Bu kitablar, bu film Qorxmaz müəllimin əl çatmayan arzuları idi ki, sağlığında həyata keçdi.
O vaxtlar Məhərrəm Bədirzadə kövrək səslə Qorxmaz müəllimə ( Allah hər ikisinin məkanını cənnət eləsin) dedi ki,Qorxmaz müəllim! siz bilmirsiz ki,Allah qarşısında bir insan kimi, valideynləriniz qarşısında bir övlad kimi necə  xeyirxah, böyük və savab bir  iş görmüsünüz.
Bu kitablarla, bu verilişlə siz unudulmaqda olan bir Azərbaycan ziyalısını həyata qaytardınız.
Əhsən olsun sizin kimi bir nəvəyə.
Qorxmaz müəllimin Azərbaycan xalqı üçün  daha bir xeyirxah  işini sizə çatdırmaq istərdim.
2019- cu ildə Qorxmaz Səfərovun səyi və təşkilatçılığı , maddi vəsaiti hesabına  və Sona Xəyalın köməyi ilə bir vaxtlar Cəfər Rəmzinin hazırladığı 
 " Deyilən söz yadigardır"kitabının iki tomunun bir yerdə  Azərbaycan- Latın əlifbası ilə çapı da işıq üzü görmüşdür.
Qorxmaz müəllim bu kitabı oğlu Rəşada, qızı Reyhana bağışlayarkən demişdir : " Uşaqlar. sizin həm ata, həm də ana nəsliniz  haqqında bu kitabda toplanıb.Bu kitabda eyni zamanda öz dövrünün görkəmli qəzəlxanlarının şeirləri ilə yanaşı  ana və ata babalarınızın şeirləri , qəzəlləri də işıq üzü görüb.Elmə, biliyə, şeirə, sənətə dəyər verməyi bacarın."
Onu da qeyd edim ki, 2019 cu ildə çap olunan 692 səhifəlik  bu kitab da  Qorxmaz Səfərovun  və Nəbibə Səfərovanın  maliyyə vəsaiti hesabına işıq üzü görmüşdür.
Kitabda o dövrün görkəmli qəzəlxanları ilə yanaşı Qorxmaz Səfərovun ulu babası Kərbəlayi Muxtar Bisavadın, eləcə də Nəbibə Həbibinin Ulu babası Dadaş Vasifin qəzəlləri də  dərc olunmuşdur.
Həqiqətən də Qorxmaz müəllim əsl ziyalı idi. Sözü bütöv, dürüst, xeyirxah, kövrək qəlb sahibi idi.
Qorxmaz Səfərovun işıqlı siması onu tanıyan dostlarının, doğmalarının qəlbində əbədi yaşayacaq və  uzun illər ehtiramla xatirlanacaqdır.

Rauf İlyasoğlu
“XeberTıme.az” 

 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ