SON DƏQİQƏ

Kənd həyatı

Tarix:10-12-2020, 13:20

Yazıçı-publisist, “Həkəri” qazetinin baş redaktoru Rauf İlyasoğlunun maraqlı və geniş şaxəli yaradılığında olan seirləri mütamadə olaraq sayıtımız vasitəsilə oxucularımıza çatdırırıq. Onlardan bir necəsini sizlərə təqdim edirik:                               
Kənd həyatı 
Heyf deyil , 
Gedək buyil.

Elim  gülsün, 
Dərdin bölsün .

Şanlı ordum , 
Tənha yurdum.

Azad olub, 
Qəlbim dolub.

Kənd həyatı, 
Mal nobatı .

Odun peci , 
Əmlik keçi.

Bişir lavaş, 
Yavaş - yavaş.

Təndir çörək.
Dərdə gərək.

Hava təmiz, 
Çay bir dəniz.

Demə kəniz, 
Gül, ay bəniz! 

Dürmək ,pendir, 
İsti fətir. 

Keçir şişə, 
Çəkək dişə.

Dincəl ötür, 
Yenə gətir.

Xeyri qana, 
Gələk cana.

Biti bişə,
Düşmən şişə .

Xarı bülbül, 
Aça hər gül.

Məclis quraq, 
Ayıq qalaq.

Həyat gülə, 
Qonaq gələ .

Aşıq dinə , 
Xalq sevinə.

 Al,  yanaqlı , 
Tutaq yallı.

Ayaq yalın, 
Becə balın.

Qədrin bilin, 
Şirin dilin.


Rauf İlyasoğlu

Sözlərim dostlara yadigar qalsın 

Bir ildə yazdığım şeirlərimdən, 
Bir qismin  göndərdim yadigar qalsın.
Ömrümə bilirəm gümanım yoxdur,
Dostlar məni bir vaxt  yadına salsın.

Aldığım təqaüd de , nəyə çatar? 
Məmurlar kürsüdən  başımı  qatar,
Rüşvətxor  çətin ki, murada çatar? 
Güclülər  gucsüzün qeydinə  qalsın .

Dəymədim kimsənin qəlbinə  heç vaxt,

İstəmərəm  ləldən,  qızıldan bir taxt , 
Hər kəsə yazıla  sağlam, gözəl baxt , 
Yazdım ki, sözlərim yadigar qalsın.

Məclisdə söz deyən yersiz banlayan,
Şeir ogruları  çoxalıb yaman , 
Belə nadanlardan uzaq ol,  aman, 
Yazdım ki,  dostlara yadigar qalsın .

Adam var özünə  şərdən don biçər,,
Rüşvətlə iş tapar, hey başa keçər.
İstəyər günahın yuya, and içər, 
Əməli saf olan namazın qılsın.

Şair var, yazdığı şeirin satır, 
Biri alim olur, aranı qatır, 
Pulu çox, kürsüdə hey yeyib yatır ,
Rauf, yaz, qamcıla, yadigar qalsın.

Rauf İlyasoğlu , 
6 dekabr 2020.Bakı





FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ