SON DƏQİQƏ

" Şuşa, sən azadsan"

Tarix:18-11-2021, 14:22

Ömrümün ən mənalı və yadda qalan illərini Ağdam şəhərində yaşasam da , tez - tez Şuşaya gedər, dostlarımızla əsrarəngiz gözəllikləri  seyr etməkdən doymazdıq.Mənfur ermənilər  havadarlarının köməyi ilə torpaqlarımızı işğal etdikdən sonra düz 30 il idi ki, doğma yurdumuza ayaq basa bilmirdik.
Şanlı ordumuz nəhayət ki, 44 günlük vətən müharibəsində düşmənləri iti qovan kimi torpaqlarımızdan qovdular. Şuşamız, Agdamımız və digər işğalda inləyən torpaqlarımızı azad etdik.
Onu da qeyd edim ki bir neçə ay əvvəl Ağdam şəhərini ziyarət etmişdim . Erməni vandalları doğma şəhərimizi tamamilə dağıdaraq viran qoymuşdular. Ürəyim ağrıdı, qəlbim sızladı.
Bu günlərdə isə Şuşaya səfər etdik. Təmiz, saf havanı ciyərimizə çəkərək sevincdən  göz yaşlarımızı  saxlaya bilmədik.Az bir zamanda dağıdılmış Şuşamız öz əvvəlki görkəmini alır.Genişiqyasda tikinti, abadlıq, quruculuq işləri qəlbimizi çox sevindirdi.Şusada, Cıdır düzündə xatirə şəkilləri cəkdirdik və unudulmaz yeniyetmə illərimiz,kövrək xatirələrimiz yada düşdü. 
Şəhidlərimizə Allahdan rəhmət dilədik ,  ordumuza və dövlətimizə yenilməz güc, qüdrət arzuladıq.

Taryel Eyvazov, 
"Həkəri " qəzetinin şöbə müdiri,Azərbaycanın Əməkdar həkimi


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ