SON DƏQİQƏ

Dostlara dost töhfəsi

Tarix:10-12-2020, 22:51

Əziz oxucu yazıçı-publisist Rauf İlyasoğlunun   2011-ci ildə çap olunmuş "Dostlara dost töhfəsi" adlı  kitabında Türkiyənin Prezidenti sayın  Rəcəb Teyyub Ərdoğana  o dövrdə   bir şeir yazmışdır: 
Türklər birləşərsə qələbə çalar
 
Sizin cəsarətli hər bir kəlməniz,
Ürəkdən sevdirir, türk dünyasına.
Sizin ölkəmizə hər an gəlməniz,
Vəlvələ də salır düşmən yasına .
 
Nə qədər gözləyək,kimi eyləyək?
Düşməni yurdumdan tezcə teyləyək.
Qarabağ dərdinə əlac eyləyək,
Zəfər şərəf verər türk dünyasına .
 
Şəhidlər hər zaman tarixdə qalar ,
İgidlər düşməni bir oda salar.
Türklər birləşərsə, qələbə çalar ,
Zərbəni bir vursaq düşmən başına .

Rauf İlyasoğlu 2011-ci il
 
 
Xatırladaq ki, "Dostlara dost töhfəsi" adlı  kitabı "Ulu Heydər- Atatürküm" şeiri ilə başlayır:

Ulu Heydər- Atatürküm

Nəsillərə nümunədir,
Qəlbimdədir Atatürküm.
Dünya sənə əhsən dedi.
Əlçatmaz dağ , bir soyköküm,
Ulu Öndər- Atatürküm.
 
Sərkərdəsiz, xilaskarsız,
Türk dünyası bəxtiyarsız.
Bayraqdarsız, vəfadarsız,
Əlçatmaz dağ , bir soyköküm,
Ulu türküm, Atatürküm
 
Yagıları əzən paşa,
Ənvər, Xəlil, Nuru paşa,
Paşalarım ! Yaşa, paşa,
Əlçatmaz dağ, bir soyköküm,
Ulu Öndər-  Atatürküm.
 
Torpağıma göz tikən var,
Saysız şəhid məzarım var.
Qüdrətin var, şöhrətin var,
Əlçatmaz dağ, bir soyköküm,
Yaş türküm, Atatürküm.
 
Ruhun gəzir el- obanı,
Qərib , itkin məzar hanı?
Gözləyirəm qalıb anı,
Əlçatmaz dağ, bir soyköküm,
Ulu Heydər- Atatürküm.
 
Biz bir millət , bir arkadaş,
Düşmən qansız, olaq sirdaş.
Vuqarina əyirəm baş,
Əlçatmaz dag, bir soyköküm,
Ulu Heydər- Atatürküm.
Atatürküm, Atatürküm.
 
Rauf İlyasoğlu 2011 çi il.

 
Azərbaycan Prezidenti cənab   İlham Əliyevə
 
Ürəkdən sevinib fərəhləndik biz,
Sizi alqışlayır bütün ölkəmiz.
Xoş soragın saldı hər tərəfə iz,
Əhsən deyir sənə , bir ki, öz canım,
Şəfəq donu geyir Azərbaycanım.
 
Rauf İlyasoğlu.

Bu şeirlərinə görə  Rauf İlyasoğlu Türkiyədə ödüllərə layiq görülmüşdir.



FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ