SON DƏQİQƏ

SUSUZ SƏHRAYAM

Tarix:21-12-2021, 01:15

Şəhid. İlkin Rzayev
ad gününə ithaf
Susuz səhrayam
Sən mənim dünyamın cənnəti idin,
Sevgi dünyamızın, şərbəti idin.
Kəsgin iti baxışlım,mərhəmətlim,
Eşqini könlündə dustaq etmisən.
///
Ağacdan ayrılan xəzan yarpağam,
Uyuyan qoynunda sakit torpağam.
İlkin deyib, gecə gündüz ağlaram.
Ruhunu qəlbimə çıraq etmisən.
///
Qovruldum, ovuldum, məzarın üstə,
Gəlmişəm diz çöküm məqamın üstə,
Yatdığın torpağa məkanın üstə,
Gözümün yaşını bulaq etmisən.
///
Susuz bir səhrayam,yağışa həsrət,
Kövrək bir ürəyəm yarına həsrət,
Tanrının gül üzlü payıda həsrət.
Məhəbbət şərbətin zəhər etmisən.
///
Güllü baxçamızı xəzan sovurdu,
Ayrılıq həsrəti bizi qovurdu .
Bir vaxtlar eşqimiz güllü bahardı,
Torpaq,yurd davası bizi ayırdı.
Offf, qara taleyim, nələr etmisən.
27.07.2021
MÜƏLLİF: SEVDA İBRAHİMLİ









FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ