SON DƏQİQƏ

Türkiyənin Sivas şəhərində Şairlər seçkisi, şeirlər antologiyasının 13-cü sayı işıq üzü görmüşdür.

Tarix:3-01-2022, 19:30

Bu  günlərdə  Türkiyənin Sivas Yazarlar və Şairlər Birliyinin Azərbaycan təmsilçisi,  əməkdaşımız Aygün Hüseyn Türkiyənin Sivas şəhərində olmuş və " Həkəri" qəzetinin növbəti saylarını qardaş  türkdilli oxuculara çatdırmışdır.Aygun Hüseyn  səfərdən qayıdarkən mənə iki kitab hədiyyə etmişdir.
Şairlər seçkisi 12 və Şairlər seçkisi 13 - adlı şeirlər antologiyasında 
Türkiyənin, İraqın və Azərbaycanın  bir qrup şairlərinin şeirləri toplanmışdır.
Antologiyanı  Türkiyənin xalq şairi Bekir Alim başda olmaqla, Sabina Serin, Şevki Kayaturan, Reşit Behtiyar, Fatma Erbaş, Nevin Kılıç, Fatma Umar, Ahmet Köse , İraq təmsilçisi Esat Erbil və Azərbaycan təmsilçisi Aygün Huseyn  hazırlamışlar.
2020 -ci ildə çap olunan antologiyada 100 nəfər, 2021 - çi ildə dərc olunan antologiyada isə  80 nəfər  türkdilli şairlərin  şeirləri toplanmışdır.
Türkiyəli , İraqlı, kərküklü və Azərbaycanlı  şairlərinin beş ədəd seçmə şeirləri kitabı daha da zənginləşdirmişdir. 
Onu da qeyd edək ki, 2019- cu ildə bir qrup şairlərlə Sivasda keçirilmiş möhtəşəm  şairlər  festivalında üç gün qonaq olduq. Şəhərin görməli yerlərini seyr etdik. Sivas TV də canlı yayımda şeirlər söylədik. Hər birimiz ödüllərə layiq görüldük. Şəhərin bələdiyyə sədri və Kaymakanla  yaddaqalan görüşlərimiz oldu. Mətbuat səhifələrində geniş məlumatlar  verildi.
Sivasdan avtobusla qayıdarkən Naxçıvanda müqəddəs Əsabi Kəffi də ziyarət etdik. Bəşəriyyətin xilası naminə dualar etdik. İki ildir ki, pandemiya ilə əlaqədar yollar bağlanıbdir. Düzdür, təyyarə ilə gedib gəlmək çox baha başa gəlir.
( Muqayisə üçün deyim ki, Azərbaycandan Türkiyəyə ucaqla ( təyyarə ilə) gedib gəlmək  azı 800 manata  başa gəldiyi halda , Gürcüstandan və ya Ermənistandan Türkiyəyə getmək 80 manat civarindadir).
Avtobuslara isə hələ icazə vermədikləri üçün Sivas şəhərində Şairlər seçkisi antologiyasının 12 -ci və 13- cu  buraxılışlarının təqdimat mərasimində təəssüflər olsun ki,iştirak edə bilmədik. Yəqin ki, növbəti şairlər seçkisi antologiyasında yollar açılacaq, karona virus deyilən bəla məhf olacaq,  dostlar, qardaşlar  yenidən bir yerdə olacaq və xoş təəssüratlarla   gözəl günləri yada salacağıq.
Şairlər seçkisi antologiyasında  aramızdan ayrılan  xalq Şairi Mustafa Altınay və  karonadan dünyasını dəyişmiş 30 kitab müəllifi şair, alim, jurnalist, 
" İlham çeşməsi" qəzetinin təsiscisi və baş redaktoru Əziz Musa  haqqında da məlumat verilərək xatirələri  ehtiramla  yad edilmişdir. 
Onu da qeyd edim ki, 12- ci şairlər  seçkisi antologiyasında şeirləri dərc olunmuş Azərbaycanın xalq artisti, Şöhrət ordenli, şair, kinorejissor, görkəmli aktyor  Ramiz Əzizbəylinin şeirləri də çap olunmuş , lakin  amansız ölüm görkəmli sənətkarımızı  da  aramızdan ayıraraq əbədiyyətə qovuşmuşdur. Antologiyada şeirləri dərc olunmuş bütün qələm dostlarımı ürəkdən təbrik edir, hər birinizə can sağlığı arzulayıram.
Növbəti görüşlərdə Qələbə sevinclərini də bölüşmək ümidiylə, di  salamat qalın.

Rauf İlyasoğlu, 
"Həkəri" qəzetinin baş redaktoru.


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ