" Bulaqların göz yaşı " kitabı işıq üzü gördü
Azərbaycan Nəşriyyatında əsas vaxtımı " İmza " Nəşrlər evində keçirirəm.
Gah kitab redaktə edir, gah ön söz yazır, gah da korrektə edərək qələm dostlarıma bacardığım qədər məsləhətlər verirəm.
Bu günlərdə gərgin işlədiyim bir vaxta qələm dostumuz Hacı İlham Qurbanoglu yenicə çap olunmuş " Bulaqların göz yaşı" şeirlər kitabının ilk nüsxəsini mənə hədiyyə etdi.
İlham Qurban oğlu Hüseynov 1960- cı ildə Beyləqan rayonunun Bahar qəsəbəsində doğulub.
Ali təhsillidir.
Gənc yaşlarından şeirə maraq göstərıb. Yaradıcılığının əsas xətti kəlamlar, hekayələr və şeirlərdən ibarətdir. "Bulaqların göz yaşı" kitabı müəllifin oxucularla növbəti görüşüdür.
İlham Qurbanoğlunu xeyli illərdir ki, tanıyıram.
Ağır təbiətli, sözübütov, vətənpərvər ziyalilarımızdandır. İstedadlı şairdir.
Soykökü Zəngəzura, Sisiyan elinə, Laçına bağlıdır. Seirlərində vətən həsrəti, yurd nisgili daha aydın hiss olunur.
Qələm dostumuzla kitab təqdimatlarında, müxtəlif tədbirlərdə tez- tez səmimi və mehriban görüşərək hal- əhval tuturuq.
Muqəddəs Həcc ziyarətində olmuş Hacı İlham Qurbanoğlu dinə, imana bağlı bir insandır.
Şeirlərində fəlsəfi fikirlər, nəsihətamiz kəlamlar üstünlük təşkil edir. Ata, ana müqəddəsliyini uca tutan İlham Qurbanoğlunun şeirlərində valideynə olan məhəbbət daha qabarıq hiss olunur..
Qəzəlləri də urəyə yatımlıdır. Təqdim olunan kitabın redaktoru və ön söz müəllifi Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin katibi Nəsib Nəbioğlu, rəyçillər isə Beynəlxalq Avrasiya mətbuat Fondunun direktoru Umud Mirzəyev və şair-publisist publisist Hikmət Məlikzadədir.
"İmza" nəşrlər evində (direktor Səbuhi Aslandır) nəfis tərtibatda çap olunmuş bu kitab da ümid edirik ki, qələm dostumuza daha çox uğur gətirəcək və şeirləri sevilə - sevilə oxunacaqdir.
Rauf İlyasoğlu.