SON DƏQİQƏ

Ruhun şad məzarin ilahi nuruyla dolsun Əziz dost

Tarix:17-01-2022, 22:30

Azərbaycan Texnologiya Universitetinin məzunu  Ruslan Göyüşov 16 Yanvar 2022 ci ildə haqq dünyasına qovuşmuşdur. Doğulduğu Qazax rayonunun Abbasbəyli kəndində  torpağa tapşırılmışdır. 
Ruslan Göyüşov 1977-82 çi illərdə Azərbaycan Texnologiya institutunu bitirdikdən sonra Sumqayıt Xovlu İplik Konbinatinda gənc mütəxəssis olaraq işləmişdir .
İl yarım hərbi xidmətini başa vurduqdan sonra yenidən istehsalata qayıtmışdır.  Sex rəisi,mühəndis vəzifələrinə qədər yüksəlmişdir.
Fabrik və zavodların dayanması ilə əlaqədar Ruslan  Göyüşov da iş yerini dəyişərək daha məsul vəzifələrdə çalışmış, Muğan Bankın Nərimanov rayon filialının direktoru vəzifəsinə qədər yüksəlmişdir.
Ruslan Göyüşov əsl məclis adamı idi , dosta sədaqətli , vətənpərvər , xeyirxah insan idi. Şəhid ailələrinə, imkansız insanlara hər zaman qayğı göstərərdi.Bir necə kitabların çap olunmasında köməklik göstərsə də bunu reklam üçün yox, Allah xatirinə etdiyini  və sağ əlin verdiyini sol əl bilməz deyərdi.
Torpaqlarımızın azad olunması onu hədsiz dərəcədə sevindirmişdi. Ağdama gedəcəyik. Tələbə vaxtı Ağdamda, Zəngilanda, Cəbrayılda tələbə dostlarımızın evlərində də olmuşduq. Yurd yerlərimiz ziyarət etmək fikrimiz də var idi. Şuşada olmaq isə onun ən çox istədiyi arzusu idi. 
Sözə, saza, şeirə vurgun idi.
Coxlu şeirləri əzbərdən bilirdi.
Tələbə dostlarımız tez- tez bir yerə yiğişardıq. Qoca, Ruslan, İlham, Əlövsət, Validə, Şahbaz, Fazil və neçə - neçə dostlar  necə də sevinirdilər. İlham tell sazı dilləndirərdi. Rauf şeir deyərdi, Fazil Qarabağ şikəstəsini  məlahətli səsilə oxuyardı. Faiq rəhmətlik qarmonu necə dilləndirərdi. Validə  də bir müəllim həm də tələbə olaraq afərin deyərdi ,çox sevinərdi. Amansız xəstəlik onu əbədiyyata qovuşdurdu. Bəlkə də Rəbbim onu əzabdan qurtardı. Ağrısın da içində çəkdi Ruslan qardaşımız.Son vaxtlar isə heç kəslə görüşmədi. Bəlkə də şux görkəmindən əsər- əlamət qalmayan dostumuz bizi kədərləndirən istəmədi.
 Ruslan müəllim !  Sənin yerin hər zaman görünəcəkdir. 
Ruhun şad, məzarın ilahi nuruyla dolsun.

Yaxın qohumu İsrafil səhər tezdən deyəndəki, tələbə dostunuz Ruslan Göyüşov 61 yaşında  haqq dünyasına qovuşub , çox sarsıldım və göz yaşlarıma qərq olaraq bu şeiri bir neçə dəqiqə ərzində yazıb dostumuza Allahdan rəhmət dilədim; 



Xəbər gəldi Ruslan köçüb dünyadan, 
Elə bil ki, qol qanadım qırıldı,
Hər vaxt bizi axtarırdı mərd dostum, 
Nə tez sənə yas məclisi quruldu? 

Bəlkə də tez getdin sən bu dünyadan,
Dostların itkisin heç  görməyəsən,
Acı xəbərləri eşitməyəsən, 
Dostun sevincini bəs bilməyəsən? 

Yolunu gözləyir, hey Qazax eli, 
Məzarın cənnətlə dolsun ay qağa, 
Səni heç unutmaz dostların bir an, 
Rahat yat! Rahat Yat! Ay Ruslan qağa! 


Mənə bu xəbəri deməyəydin sən,
Nə günə düşmüşəm görün, ay Allah, 
Əziz dostum köçüb bu gün dünyadan, 
Nə hala düşmüşəm, bilin, ay Allah! 

Mənə qardaş idi Ruslan Göyüşov,
Ürəyimin bir teli də qırıldı,
Gözüm axtaracaq səni Göyüşov,
Sənsiz sənə niyə məclis quruldu.

Qoca gələ bilmir yolu bağlıdır,
Nə tez bizi qoyub getdin uzağa, 
Ürəyimiz gör necə də dağlıqdır? 
Dözərsənmi bu covğunlu sazaga? 

Yadıma düşəndə nitqim quruyur, 
Bir tikə çörək də yeyə bilmirəm, 
Səni indi o mələklər qoruyur, 
Gözümün yaşını silə bilmirəm.

Qırx beş il idi ki,bir yerdə idik, 
Hər zaman dostlarla  deyib gülərdik.
Qocanın başına iş gələn gündən, 
Qəlbimizdə hər bir dərdi çəkərdik .

Rauf İlyasoğlu, 
16Yanvar 2022- ci il

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ