SON DƏQİQƏ

Sevgi Polad qızının "Tarix yazanlar" kitabı işıq üzü görüb- FOTO

Tarix:25-01-2022, 21:54

Sizə yenicə  dünyaya gəlmiş bir kitabdan və onun balaca müəllifi  titrək əllərinə yenicə  qələm alan, Sevgi Polad qızından danışmaq istəyirəm. 
"Tarix yazanlar"

İlk məsuliyyətli addımını çörəyini yeyib suyunu içdiyi Vətəni üçün atan sevgi qızımız artıq ilk kitabının sevincini yaşıyır.
Sevgi bu sevinci təkcə özü  deyil, həm də, onu sevən ailəsinə, yaxınlarına, dostlarına da yaşadır.
Balaca qəlbinin dərinliyində böyük duyğular bəsləyən Sevgi Polad qızı öz  kitabında  Göydərə kəndinin igid qəhraman oğullarını da unutmayıb. “Əsgər cəsarəti”, “Ordumuz”, “Hərbiçi”, şeirləri kitabda  yer almışdır.
Deməli, vətən sevdası onun qələminin əsas  meyarıdır. 44- günün Vətən müharibəsi şəhidlərini öz şerilərində özünəməxsus qələmlə ifadə edən Sevgi Polad qızının   "Tarix  Yazanlar" kitabı  "Dastana döndü" , Xarıbülbül", Şəhid Cahangir", adlı şeirlərində öz  əksini tapmışdır. Sevgi bu mövzulara toxunması ilə də ayrıca özünün vətən sevgisini dilə gətirmişdir. Cənab Ali baş Komandan İlham Əliyevin adına həsr etdiyi "Cənab prezident" şeiri isə Sevginin  cənab prezidentimizə sevgisinin təzahürüdür.
Kitab ZƏFƏR SEVİNCİ bəxş etmiş ölməz şəhidlərimizə və qəhraman igidlərimizə həsr olunub. Biz də  bu yoldakı tək addımları ilə iz salmağa başlayan Sevgi qızımıza uğurlar arzulayırıq.

Sevda İbrahimli 
Qızıl qələm media mükafatı laureatı, şair


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ