SON DƏQİQƏ

ADAM BALASI

Tarix:23-02-2022, 21:58

Adam balası 
Çörəyi dizinin üstundə olan bir nanəcibə  
Arvadın əlinin duzu olmasa, 
Yeməkdən tam gələr, atam balası.
Nankor  nəsihətə  qulaq asmasa, 
Öyüd qanan deyil , atam balası, 
Məni dəng eyləmə, adam balası.
Həyasız, abırsız , qanmaz ilansan, 
Boz çulsuz eşşəyə sən də palansan,  
Aranı qataraq quyruq bulasan, 
Sənə kim inanar, atam balası? 
Necə deyim  sənə adam balası? 
 Peşiman  olmuşam səninlə  tanış,
Çoxu sənə deyir kəfkir, ya qamış, 
Adam balasıtək mənimlə danış,
 Gəl qayıt yoluna,  atam balası,
Oxşa sən atana, adam balası.
Adam ol , qudurma , bəlkə xəstəsən? 
Tərbiyyən pozulub , axı dərsdəsən.
Yolunu azan o  ayrı dəstəsən , 
Raufu rəng etmə atam balası, 
Sənə necə deyim adam balası? 

Rauf İlyasoğlu

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ