SON DƏQİQƏ

Şahbəyim xanıma

Tarix:24-02-2022, 18:46

Şahbəyim xanıma 
Mənə can -can deyən dilinə qurban, 
Bərəkət bəxş edən  əlinə qurban, 
Anana, atana, elinə qurban, 
Mənə qardaş deyən Şahbəyim ana, 
Bacılar hər zaman qardaşa yana.

Qarşına çıxacaq yaxşı əməlin, 
Hörmət qazanmısan, obanın, elin , 
Övladlar,nəvələr sənin sərvətin, 
Bacı -qardaş arzumuz cin olacaq , 
Xoş əməllər tarixlərdə qalacaq .

Sənə can -can deyən bilirəm çoxdur,
Elə bilmə paxıl, riyakar yoxdur,
Varlığımız düşmən gözünə oxdur,
Dərddən, qəmdən uzaq olaq ay bacı, 
İstəmərəm kimsə çəkməsin acı 

Rauf İlyasoğlu
24 fevral 2022


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ