SON DƏQİQƏ

Çək əlini yad ölkədən

Tarix:16-03-2022, 17:16

Çək əlini yad ölkədən
Çək  əlini Ukraynadan, batma qana, 
Azad torpaq boyanmasın qızıl qana.
İnsan qanı axıdırsan yad torpaqda , 
Binalardan  qalmayıbdı bir yarpaq da.
Çocuklara heç yazığın gəlmir sənin, 
İstəmərəm burnu qanasın kimsənin.
Bu dünyanı  qızışdıran Kremldir, 
Kremli də  tikən yerlim öz Kərimdir .
Kəsiləcək nəfəsin qan tökən  Putin! 
Alınacaq köpü qudurmuş bu  itin.
Sən düşmənsən rus xalqına,  dünya bilər.
Allah səni yer üzündən tezcə silər.
Qazax xalqın boyamısan al qanına, 
Xocalını qırıb girdin öz qınına.
Qanlı Yanvar qırğınını kim törətdi,
Anaları göz yaşıyla kim mələtdi? 
Gürcüləri, çeçenləri qırıb çapdın,
Kadırovtək özünə bir yaltaq tapdın .
Hər ölkədə qan- qadalar  yaradırsan,
İnsanların hissiyatın oyadırsan.
Gözün doymur  ərazindən  bir bax, utan , 
Əkib becər , qoy doyunca yesin atan.
Xalqlar istər müstəqillik edə əldə,
İmperiya fitnəkardir hər əməldə.
Dünya qalxıb səni yerlə yeksan edər, 
Sənin tülkü  gözlərini Rauf didər.
Rauf İLYASOĞLU, 
15 03 2022.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ