SON DƏQİQƏ

Şəhidlik qürurdur

Tarix:24-03-2022, 00:29

Məharət Həsənov Ramil oğlu- xatirəsinə"Anama deyin, ağlamasın... Bir də qardaşıma söz vermişdim, toyunu özüm edəcəkdim, məni bağışlasın...”
Məharət Həsənov

Şəhidlik qürurdur

Adında məna var mərhum şəhidin
Qoy başı sağ olsun məğrur vətənin
Elə bir igiddir şəhid Məharət
Göstərib səngərdə böyük cəsarət.
Tarixə yazdırdı möhtəşəm adın
Söz verdi doğrultdu müqəddəs andın.
Məharət postuna adı verildi,
Hər zaman qabaqda öndə gedirdi.
Xuraman anası dərd içindədi,
Laylası, ağısı el dilindədi.
Əlindən gedibdir Məharət oğlu
Ancaq qəlbimizdə igidin ruhu .
Könüllü yollandı cəbhəyə doğru
Fizuli döyüşü son döyüş oldu
Yaralı dostların xilas edərkən
Döyüşdü, durmadı yaralı bədən
Vətənin könüllü qurbanı getdi, 
Şəhadət şərbətin badəsin içdi.
Arzusu var idi o söz vermişdi
Bağışla qardaşım məni demişdi.
Anama söyləyin o ağlamasın
Qurtulsun oğlunun bu həsrətindən
Şəhid verən ana olsun ürəkli
Şəhidlik qürurdur , bir də təsəlli.

Sevda İbrahimli        

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ