SON DƏQİQƏ

Ayların sultanı gəlir

Tarix:25-04-2022, 13:17

Ayların sultanı gəlir
Mərhəmətli ol hər zaman,
Ayların sultanı gəlir.
Kimsəsizə olma yaman,
Ayların sultanı gəlir.

Fitrə , zəkat ver bu ayı,
Ver sədəqə, qurban payı.
Görsən bədirlənmiş ayı,
Ramazan bayramı gəlir 

Səcdə etmək nə ləzzətli,
Hər kəs xoşüzlü, izzətli.
On bir aydan fəzilətli,
Ayların sultanı gəlir 

Qədr gecəsi oyaq qal,
Mükafatın Rəbbimdən al .
Quranı hər an yada sal, 
Ayların sultanı gəlir.

Fəxr et Rəbbimin quluyla, 
İmam Hüseynin qoluyla .
Peyğəmbərin get yoluyla,
Ayların sultanı gəlir,
Ramazan bayramı gəlir.

Rauf İlyasoglu  
2015 - ci il

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ