SON DƏQİQƏ

Bayrağımız Qarabağda ucaldi

Tarix:27-04-2022, 14:54

Bayrağımız Qarabağda ucaldi
Laylay dünyan, Ağdam sənə qovuşdu, 
Dərdli qəlbin intizardan sovuşdu, 
Arzuların çiçək açdı, yovusdu, 
Elim ,obam Qubadlıya yol saldı, 
Bayrağımız Qarabağda ucaldı.

Ömür ötür,saç ağarır, gün keçir,
Xoş arzular qəlbimizi yurd seçir, 
El həsrətli ürəyimiz qəm içir,
Elim,obam Kəlbəcərə yol saldı , 
Bayrağımız Dəlidagda ucaldı.

Füzulimiz dərd əlindən alındı, 
Cəbrayılda nur ocağı qalandı, 
Qarabağda bir vağzalı çalındı, 
Elim, obam Şuşamıza yol saldı, 
Bayrağımız Kirs dağında ucaldı.

Xankəndim də keçdi yağı əlinə , 
Dağ basdılar baldan şirin dilinə.
Göz yaşları döndü ocaq külünə, 
Elim, obam Zəngəzura yol saldı, 
Bayrağımız Ağrı dağda ucaldı.

Vətən qəmin car edəndə cahana,
Xain  düşmən kaş alışa, kaş yana, 
Rauf, dönə fərəh yaşın ummana,  
Elim,obam Qarabağa yol saldı, 
Bayrağımız Şahbulaqda ucaldı. 

Rauf İlyasoglu

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ