SON DƏQİQƏ

Alov bürüdü

Tarix:31-05-2022, 00:59

Vətən müharibəsi şəhidi Vaqif Abıyev xatirəsinə
Alov bürüdü 

Vaqif Abıyevin xatirəsinə,
Vaqifin adının şan şərəfinə
Necə bir qəhraman igid olduğun,
Yazıram şeirlə sizdə oxuyun.
///
Səni vəsf edirəm naşı qələmlə,
Adını çəkirəm, yazım fərəhlə.
Lənkaran yurdunun igid balası,
Köksümdə neçə min şəhid yarası.
///
Vətən sevgisi qəlbində alovlandı
Alovu bürüdü can Qarabağı
Qəlbində alovdan tonqal qaladı,
Məğlub edib düşmənləri, yandırdı.
///
Qarabağ torpağı geri qayıtsın,
Otuz illik həsrətə son qoyulsun.
İrəli şığıyır düşmən üstünə.
Heçnə görünməyir onun, gözünə.
///
Ayağından yaralanır,dayanmır,
Vuruşur o, döyüşünü tərk etmir.
Tək başına düşmən üstünə gedir,
Şücaət göstərir igidlik edir.
///
Başından snayper gülləsi dəyir,
Vaqif də ordaca olur məhs, şəhid.
Ay yarım nəşi neytral da qalır,
Atası anası dərdindən yanır.
///
O, igid qəhraman elimin oğlu,
Şəhidlik zirvənin işıqlı yolu. 
Komandirinin yuxusuna gəlir,
"Üşüyürəm gəl məni götür"deyir.
///
Sən dastan olmusan bu el dilində,
Al qanın içində qanlı telin də.
Snayper gülləsi başından dəydi,
Bayrağa bükülən nəş'i də gəldi.
///
Ağladıb bizləri,sən əzizləri,
Sədası yayılıb,aşıb elləri.
Şəhid zirvəsinin cənnətin dərdin,
Bu xalqın unutmaz sən tək şəhidin,
 
Sevda İbrahimli                                                             
“Qızıl Qələm” media mükafatçısı                            
29/05/2022

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ