SON DƏQİQƏ

“ZƏFƏRİN CƏNGAVƏRİ” adlı məqaləmdən bir parça.

Tarix:31-05-2022, 09:12

Bu gün şəhid baş leytenant Cavid Səfərlinin doğum günüdür.  
Şəhid baş leytenant Cavid Səfərli 1993-cü ilin 31 may tarixində İmişli rayonunun Əliqulular kəndində nəcib bir ailədə dünyaya göz açmışdır. Cavid Səfərli hər Türk övladı kimi dil açanda ilk dəfə “Ana”, “Ana Vətən” deyərək danışmağa başlayıb. Ana Vətən isə ona “Cavidim, vaxt gələcək, Sən düşməndən ən böyük qisası alanlardan biri olacaqsan, hələ böyü, övladım” deyib, doğulduğu gündən Şəhid olduğu anadək ona Ana kimi uğurlar arzulayıb. Cavid doğulduğu gündən Vətəninə sadiq bir övlad olub, onun qoynunda böyüyüb,   Vətən uğrunda Şəhid olmaqdan çəkinməyib, əksinə düşmənini məhv etdikdən sonra özü şəhadətə doğru gedib və sevdiyi məqama ucalıb! 
Hələ hərbin sirlərini öyrənərkən gənc Cavid özünü qisas hissinə tam hazır edirdi... Dişini sona qədər Bozqurd kimi, Aslan kimi qıcayırdı ki, vaxtı gəlsin və düşməndən qisasını alsın... O, sosial şəbəkədə etdiyi paylaşımlardan birində öz dastanının ön sözünü özü belə yazmışdı:
“İnşəAllah qisasımızı alacağam... Hər gün içimdə daha çox böyüyür bu qisas hissi... Analarımızın-atalarımızın göz yaşlarına dözə bilmirəm artıq... O illərdə yaşamasam da, ancaq hər kadrlara baxanda ,sanki, yaşamış kimi oluram... Çünki onlar da bizim analarımız, bacılarımız və qardaşlarımızdır... Gör neçə insanların gözləri yaşlı qalıb... Hər gün də bu hal təkrar olur... Biz bu qanı yerdə qoymamalıyıq! Milli qeyrətimizi daima yaşatmalıyıq qəlbimizdə! Və bunu da gənc nəsillərimizə, uşaqlarımıza, qızlarımıza-oğullarımıza daima aşılamalıyıq! Qisas və milli qeyrət hissinin xalqımızın qəlbində ölməsinə imkan verməməliyik! Hər gün əzab çəkməliyik ki, torpağımızın altında biz uşaq olanda bizi qoruyan əmilərimiz-qardaşlarımız olub... Onlar bizə görə canlarını qurban veriblər, biz də o qanı yerdə qoymamaq üçün çalışmalıyıq! Tək bu gün 20 Yanvarı yadınıza salmayın, hər gün yadınızda, qəlbinizdə yaşamalıdır! Qarda, boranda, soyuqda yadınıza düşməlidir! Əsas da keçmişimizi unutmamalıyıq! Hər 20 Yanvar metrosuna düşəndə yadınıza düşməsin, hər gün olsun qəlbinizdə! Allah Rəhmət Etsin! Amin!”
Cavid o gün də hər vaxtkı kimi ürəyini sonuna qədər sıxmış, ruhunu kəlmələrə köçürtmüşdü. Lakin bununla da rahatlıq tapmırdı. Hər gün qisas hissi ilə alovlanırdı... Şəhidlərimizi yada salanda hər gün qisaslarının alınmadığına görə təəssüflənirdi...

Sevindik Nəsiboğlu                                                    
 “XeberTıme.az”


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ