SON DƏQİQƏ

Qurtuluşdan böyük Zəfərə gedən yol

Tarix:15-06-2022, 09:21

15 iyun Azərbaycanın Milli Qurtuluş Günü – bizim üçün yenidən dirilmə günüdür. Həmin gün Azərbaycanın Ulu memarı, Ulu Öndəri, öz həyatını Azərbaycanı yolunda şam kimi əritmiş babamız Heydər Əliyev dühası tərəfindən yenidənqurulması, millətin içindəki və kənardakı düşmənlərindən xilas olunması, qurtulması günüdür. Məhz həmin gün həm içimizdəki, həm də çölümüzdəki düşmənlər ağlar qaldı, Azərbaycan xalqı qurtuluşunu, azadlığını buxovlayan zəncirinin qırılmasını neçə-neçə yüz illiklərdən sonra sevinclə, qürurla, fəxrlə, fəxarət hissi ilə qeyd etdi.Vətənimiz Azərbaycan 90-cı illərin əvvəlində zalım erməni vandalları tərəfindən vəhşicəsinə yağmalanırdı. Azğın düşmənlər Azərbaycanın 20 faiz torpağını işğal etmişdilər. Qarabağda ağlasığmaz soyqırımlar, qətllər törətmişdilər. Təəssüf ki, havadarlarının dəstəyi ilə onların məkrli arzuları həyata keçdi. O zaman ümummilli liderimiz Heydər Əliyev Naxçıvanda idi və qəlbi bütöv, müstəqil, azad Azərbaycan üçün çırpınırdı. Xalqımız yenidən Ulu öndərimizi hakimiyyətə qaytarmaq və onun rəhbərliyi ilə belə çətin, ağır günlərdən xilas olmaq istəyirdi. Həmin vaxtlar Ulu öndərimiz Naxçıvanda fəaliyyətini davam etdirirdi. Elə həmin çətin dövrlərdə Ulu Öndərin Naxçıvana rəhbərlik etdiyi vaxtlar Naxçıvan azad, abad, firavan bir cənnət-məkana çevrilmişdi. Uzaqgörən öndər qardaş Türkiyə ilə ilk əlaqələrini qurmuşdu və bu əlaqələr get-gedə genişlənməklə sürətlə davam edirdi. 
Artıq Azərbaycanda çətinliklər pik həddə çatmışdı. Ancaq hər bir çətinliyin, zülmün bir sonu olduğu kimi, bu zülmün də sonu olmalı idi. Azərbaycan xalqı firavan, müstəqil, azad yaşamalı idi, Azərbaycan çiçəklənməli idi. Xalq artıq başa düşürdü ki, bir yol var – Heydər Babanın yolu. Həmin  vaxt 15 iyun 1993-cü ildə gəldi. Ulu Öndər ana yurdunun paytaxtına ayaq basdı. O, ana vətəninin paytaxtına ayaq basdığı andan artıq zülm yox idi, artıq zalimin zəncirləri qırılmışdı, artıq aclıq, səfalət, itki yox idi.
Ulu Öndər xalqın çağırışı ilə hakimiyyətə gələnə qədər təəssüflər olsun ki, Birinci Qarabağ müharibəsində məğlub olan Azərbaycan, əvvəlcə, güclənməli və çiçəklənməli idi. Bu ağır dərdin çarələrindən ilki neft sənayesinin inkişafı idi. Ulu öndərin uzaqgörən siyasəti sayəsində artıq qonşu dövlətlərlə yox, dünya ölkələri ilə əlaqələr vardı və bu siyasi, iqtisadi, mədəni əlaqələr getdikcə sürətlənirdi. Artıq dünya, dost da, düşmən də Azərbaycandan, onun rəhbərindən, onun inkişafından, onun gələcəyindən xəbərdar idi. 
Lakin iş erməni mənfurları tərəfindən amansızlıqla və heç bir qanuna sığmayan formada işğal edilmiş Qarabağa gələndə susan Dünya Azərbaycanın gücündən, səbir kasasının nə vaxtsa daşacağından xəbərdar deyildi. Həmçinin də erməni vandalları. Onlar tez-tez atəşkəsi pozur və dünyanın bu haqsızlığa səssiz qalmasından istifadə edirdilər. Artıq onlara layiqli cavab verməyin vaxtı gəlib çatmışdı. Şanlı Əsgərlərimiz Cənab Ali Baş Komandanımızın əmri ilə qısa zamanda əks-hücuma keçdilər və düşmənə bildirdilər ki, vaxtımız da, gücümüz də sizi tam məğlub etməyə çatır. 
Düşmən o qədər azğınlaşmışdı ki, yeni torpaqlarımızı işğal etmək kimi absurd bir fikir irəli sürürdü. Ancaq bilmirdilər ki, Azərbaycan üçün qisas vaxtı gəlib. Azərbaycanın əks-hücum əməliyyatı ədalətli idi, çünki uzun illər düşmən tapdağında inləyən, haray çəkən torpaqlarını azad edirdi, Qarabağın qurtuluşu günü gəlirdi!
44 günlük Vətən müharibəsinin hər bir günü cəhbədən gələn xoş xəbərlər Azərbaycan xalqını sevindirirdi, düşmən nə qədər qətllər törətsə belə. Və bu qətllərin qisası alınırdı, necə ki, Gəncə terroru baş verən gün Füzulinin azad edilməsi, düşmən üzərində Azərbaycan cəngavərlərinin Zəfəri kimi! Ali Baş Komandan, Ulu öndər yadigarı cənab İlham Əliyevin “Dəmir Yumruq” əməliyyatı ilə qovuşduğumuz zəfərli günlərimizin davamı kimi Böyük Zəfər günü, 8 noyabr günü də gəldi, Azərbaycanın arzusu, istəyi, amalı həqiqət oldu və ən böyük sevincə döndü! Şuşanın erməni əsarətindən qurtulduğu, erməni zəncirini qırdığı gün bu gün idi!.. Azərbaycan Zəfər qazanmışdı! Bunu Ali Baş Komandan bildirməzdən əvvəl and yerimiz Şəhidlər Xiyabanını ziyarət etdi. O, içində deyirdi ki, Sizin qisasınızı almışıq, xalqın igid əsgərləri! Sonra isə Ulu Öndərimizin məzarını ziyarət etdi. O, Vətən müharibəsində bir ata vəsiyyətinin olduğunu və bunun yerinə yetiriləcəyini demişdi. O, ən xoş xəbəri söylədi. Şuşa azad olundu! Ata vəsiyyəti yerinə yetirildi. Ona görə də sinə dolusu nəfəs alıb uca səslə deyirik; Azərbaycan 29 il əvvəl, Şuşa isə 19  ay əvvəl qurtuldu! 
Bu günkü gözəl yaşayışımızı Ulu Öndərimiz Heydər Əliyevə və onun siyasətini uğurla davam etdirən Prezidentimiz cənab İlham Əliyevə borcluyuq.Allah Ulu Öndərimiz Heydər Əliyevə rəhmət eləsin. Amin.
Ulu Öndərimizə olan hörmət və ehtiramımı dəfələrlə şeirlərim vasitəsi ilə dilə gətirmişəm. Bu gün də hələ 8 yaşımda olarkən yazdığım “Ulu Öndərimiz” adlı şeirimi bir daha oxucularımın diqqətinə çatdırıram.

ULU ÖNDƏRİMİZ

Əziz Ulu Öndərim,
Bu gün ruhun şad olsun.
Sənə sadiq olana,
Ürəkdən salam olsun.

Sən etdin ölkəmizi,
Gözəl,qəşəng gülüstan.
Səndən qorxdu,çəkindi,
O mənfur ermənistan.

Sən gəldin,oldu bayram,
Pislər bir başa  getdi.
Sənin gözəl yolunu,
İlhamın davam etdi.

Azərbaycanlıları,
Hər yerdə birləşdirdin.
Ordunu gücləndirdin,
Məkkəyə belə getdin.

Sən bu gün olmasan da,
Əsərlərin yaşayır.
Həm çiçəkləndirdiyin,
Azərbaycan yaşayır.
                                     
SEVİNDİK NƏSİBOĞLU
8-ci sinif şagirdi, şair-publisist, AJB üzvü



FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ