SON DƏQİQƏ

Qazilər şəhidlərimizin canlı əmanətidir

Tarix:19-06-2022, 23:59

44 günlük vətən müharibəsi şanlı ordumuzun qələbəsi ilə başa çatdı.30 ilə yaxın bir dövrdə  erməni quldurları tərəfindən işgal  altında qalmiş  ərazilərimiz vətənin qeyrətli övladlarının hesabına yağı taptağından azad olundu. 2-ci vətən müharibəsində üç min şəhidimiz ərazi bütövlüyümüzü, ana vətənimizi   qoruyarkən  canlarını fəda etdilər.
Minlərlə qazilərimiz əzalarını itirsələr də  qələbə sevinci onların ağrılarını qismən də olsa azaltdı.
Qazilərımız  şəhidlərimizin canlı əmanətidir 
Haqqında söhbət açmaq istədiyim qazımız Alim Dursun oğlu Bayramovdur. Təsadüf elə gətirdi ki,yeni yaşadığımız Binə qəsəbəsində Alimlə qonşu olduğumuz üçün çox sevindim. Alimi yaşıllıqlar qoynunda yerləşən həyətimizdə çay süfrəsinə dəvət etdim. Qələm dostumuz, Lerik rayon qəzetinin baş redaktoru, əməkdar jurnalist   İdris Şükurlu  də söhbətimizə qoşuldu. Bir gün əvvəl isə İdris müəllimlə vədələsmişdik ki, Birinci Qarabağ müharibəsi veteranı Nədiş Atakişi oğlu iDövlətovla görüşərək  birinci vətən müharibəsində şəhid olmuş qardaşı Balaş Dövlətovun Lerik rayonunun Vılık kəndində uyuyan məzarının bərpası , abadlaşdirilması ilə əlaqədar  yatmış məmurların  vicdanlarıni oyatmaq üçün söhbət etdik..Bu da  həllini tapmamış bir ayrı mövzunun  söhbətidir.
Qazımız haqqında qısa tanışlıq: 
Alim Dursun oğlu Bayramov 2000 - ci ilin noyabr ayının 9- da Sabunçu rayonunda hüquqşünas ailəsində anadan olub . Alimin  məktəbi ilə  əlaqədar valideynləri  Binə qəsəbəsinə köçüblər, ev tikdiriblər, bağ-  bağat salıblar. Alim orta məktəbi Binə qəsəbəsindəki şəhid  Sabir Abbasov adına
117 saylı tam orta məktəbdə oxuyaraq müvəffəqiyyətlə başa vurub. Nümunəvi şagird olaraq müəllim və şagirdlər arasında hazırcavablığı, tərbiyyəsi və təşkilatçılığı ilə fərqlənib.
Kompüterə marağı olduğu üçün sənədlərini Bakı Rabitə və Nəqliyyat  kollecinə verib və imtahan verərək kollecə qəbul olub. Kompüter sistemləri və kompleksləri  üzrə ixtisasına yiyələnib.
Kolleci bitirdikdən iki ay sonra hərbi xidmətə çağırılıb və 704 saylı hərbi hissədə xidmət edib.
Alim Dursun oğlu söhbətini davam etdirərək deyir; 
İki həftədən sonra and içmə mərasimi oldu  Bizi Xocavənd ərazisində yerləşən " N " saylı hərbi hissəyə yolladılar. Bir ay xidmət etdik.Komandirlərimiz bizə silahdan istifadə qaydalarını öyrədir və biz döyüşə hazırlıq görürdük. Artireliyada xidmət edirdin  2020- ci ilin sentyabr ayının 27 də erməni quldurları hücuma keçmişdilər . Biz isə əks hücuma keçərək mövqe tutmuşduq.Biz Füzuli istiqamətdə idik. Hər tərəf ermənilər tərəfdən minalanmışdı. 2 saat qızğın  döyüş oldu. İtkilərimiz olsa da, biz daha da irəliləyirdik Hadrut və Qubadlını işgaldan azad etdik. Növbəti hücum isə Şuşa istiqamətə idi .Kəşfiyyatçı dəstələrimiz bizə dəqiq məlumatlar verirdilər. Kəşviyyat  komandiri məlumat verdi ki, qarşıda pusqu var. Ehtiyyatlı olun. Lakin bizə hücum əmri verildi. Biz pusquya düşdük. Xeyli şəhid və yaralımız oldu. Daşaltı istiqamətdə qızğın döyüşdə sol ombamdan güllə  (7.62) keçərək sümüyümdə ilişmişdi. Oturaq sınırını də zədələnisdi. Yeriyə bilmirdim. Başımı da qaldıra bilmirdik. Hər iki tərəfdən güclü   atişma gedirdi. 12 saat meşədə tək qaldım.Səhərdən axşama qədər ac , susuz qalmışdım. Çoxlu qan itirdiyinə görə yaşamağa da  ümidin  kəsilmişdi .
Axşama yaxın MAXE dostlarımız Ceyhun İdrisov, Qarabəy  Ələkbərov, Ceyhun Hüseynov məni səslədilər. Taqətsiz halda sağ olmağımı bildirdim.
Onlar mənə ürək- dirək verərək dedilər; -Bir az da döz , axşam qaranlıq düşən kimi səni xilas edəcəyik. Xoşbəxtlikdən duman hər tərəfi bürümüşdü. Maxe dostlarım məni xilas etdilər və xərəklə təhlükəsiz yerə gətirdilər.Məni Hadrutdakı səhra hospitalına gətirdilər. Həkim dedi ki, ayağını tərpət, yoxsa ayağını kəsərik. Etiraz etdim.
Məni sonra Füzuliyə, ordan da Ağcəbədi xəstəxanasına gətirdilər.Yaramın çox ciddi olmasını nəzərə alıb  Bakıdakı Travmatologiya institutuuna  gətirdilər.2020 - ci ilin noyabr ayının 9- da ad günümdə məni professor Qələndər Canbaxışov əməliyyat etdi.Təcrübəli professor dağılmış sümüklərini simlə  bir yerə yiğdı və gülləni çıxardı. Artıq üç aydan bir Mərdəkan pondmsionatinda mualicə  olunan  qazımız Ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə dörd medəla- " Cəsur döyüşçü"," Füzulinin azad olunması uğrunda", " Qubadlının azad olunması uğrunda", Şuşanın azad olunması uğrunda" medalları ilə təltif olunub.
Alim Bayramov bir otaqlı mənzillə də təmin olunub. Alimin atası Dursun Bayramov əslən Tiflis şəhərindədir. Hüquqşünasdır, Son dərəcə vətənpərvər ziyalılarımızdandır. Alim təhsilini davam etdirmək istəsə də, atası evin tək övladı olan oğluna deyib:- " Oğul, hərbi borcunu birinci yerinə yetirməlisən."  
44 günlük müharibə dövründə valideynləri ancaq televiziya ilə məlumatlaniblar. Yaralanmağın  da oğlum məndən gizlədirmiş. Bilirdi ki ,ürəyimdə problemim var. Mən biləndə, Alim mənə zəng edərək demişdir:.Ata, qorxmayın, yüngül zədələnmişəm.
Alimin anası Sədirzadə Esmiralda əslən İran azərbaycanlılarındandır. O da hüquqşünasdır.
Onu da qeyd edək ki, Alim evə qayıdarkən qonşular Binə qəsəbə bələdiyyəsinin sədri Habil müəllim, Xəzər rayon icra hakimiyyəti başçısı Elşən Salahov şəxsən oğlunu ziyarət ediblər. Evimizin kupca alınmasına da icra başçısı köməklik edib. Binə qəsəbəsinin 100- cu Binə kuçəşi ev 59 ünvanında ( Küçənin əvvəlki adı Rizvan MəmmədHüseynov küçəsi olub) yaşayan ikinci qrup əlil qazımız Alim Bayramova həkim bildirib ki, piyada yavaş- yavaş hərəkət etsin. Dursun müəllimin təşkilatçılığı ilə qonşular 3 il əvvəl  qazımız yaşayan küçəyə sebep töküb nahamar yerləri  bir dəfə  düzəldiriblər. Amma bu küçənin asvaltmaşıırılması, əlaqədar təşkilatları təcili düşündürməlidir. Qonşumuz Akif Lerikli isə bildirdi ki,nəinki küçələr asvaltlasdirilmalı, hətta kuçəmizin adı da dəyişdirilməlidir. Binədə nə qədər şəhidimiz var. Bəs "100 cu binə" küçəsi nə deməkdir? Adlara yenidən baxmağın vaxtı deyilmi? 
Biz inanırıq ki, Qazimizin yaşadığı kuçəmizin adı da dəyişdirilməklə ,tezliklə asvaltlasdirilmalı və kanalizasiya sistemi də plana salınmalıdır. Binə qəsəbəsində insanlar çoxaldıqca onlara şərait  yaratmaq, mənzilləri sənədləşdirmək də əsas problemlərdən biridir.
Qazimizə söz verdik ki,tezliklə sağalsın və Binədə yaşayan şəhidlərimiz haqqında yazacağım kitabı da kompüterə  köçürmək məsələsini kompüter mütəxəssisi olaraq  Alim qardaşımıza həvalə edək
Qazımız çox sevindi və şəhidlərimiz haqqında kitabın çapı üçün bacardığı köməyi edəcəyini bildirdi.

Rauf İlyasoğlu .


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ