SON DƏQİQƏ

Qərib İmam Rza (ə) Xorasan Şahı

Tarix:14-07-2022, 09:12

İlahiyyatçı , yazıçı, Qarabağ müharibəsi qazisi Hacı Həsən Hüseynlinin "   İmza"  nəşrlər evində  "  Qərib  İmam Rza  ( ə)  Xorasan şahı"  kitabı nəfis tərtibatda işıq üzü görmüşdür.Kitabda müəllifin dini- tarixi şəxsiyyətlər silsiləsindən olan  növbəti  kitabı səkkizinci imamımız Xorasan şahı İmam Rzaya ( ə) həsr olunmuşdur.
Kitabın rəycisi tanınmış din xadimləri axund Hacı Soltan Əlizadə, redaktoru ilahiyyatçı  alim Mirzə Varmağa Almaz, korrektoru isə Rüfət Əbdürəhmanovdur.
Məhsuldar qələm sahibi,islam dinimizin saf və təmiz formada təbliğində Hacı Həsən Hüseyninin xidmətləri danılmazdır. Ensiklopedik biliyə malik  Hacı Həsən Hüseyni müqəddəs Qurban bayramı ərəfəsində çap etdirdiyi bu dəyərli kitabının  əlyazması  vaxtilə "Həkəri" qəzetində dərc olunmuş və məqalələr toplanaraq kitab formasında ərsəyə gəlmişdir. "Həkəri qəzetinin şöbə müdiri Hacı Həsən Hüseyni təbrik edir və çoxşaxəli yaradıcılığında ona  uğurlar, can sağlığı arzulayırıq. 

Rauf İlyasoğlu

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ