SON DƏQİQƏ

POLAD OĞULLARI

Tarix:15-07-2022, 11:21

İgid  komandir, şəhid General - mayor Polad Həsimovun əziz xatirəsinə 
Şəhidlər qürurumuz,
Başımızın tacıdır.
Poladımın  ölümü, 
Qəlbimizi acıdır.

Səni satan gələcək ,
( Sənə qoyan gələcək ) 
Allahın bəlasına .
Ordumuz bayraq sancdı,
Şuşamın qalasına .

Polad! deyə şığıdı,
Düşmən heyrətlə baxdı.
Təlim görən əsgərlər,
Dağları şirtək qalxdı.

Neçə Polad doğulur, 
Anaların bətnində?  
Müşk - ənbər qoxusu var , 
Şəhidlərin ətrində.

Şəhidlər öz qanıyla,
Yurdumuzu qorudu.
Alqışlara layiqdir,
Qələbə  çalan ordu.

Rauf İlyasoğlu

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ