SON DƏQİQƏ

Fidan balam yeni yaşın mübarək

Tarix:4-08-2022, 17:12

Fidan nəvəmin avqustun 4 də 3 yaşının  tamam olması münasibəti ilə dədə təbriki  
Var-  dövlətdə olsun dəvəm, 
Gözəl ,göyçək Fidan nəvəm, 
Ad gününü təbrik edir,
Sənə qurban Rauf dədən .
Şirin - şəkər gülüşün var, 
Asta, toxtaq yerisin var, 
Toy- bayramlı gəlişin var,
Sənə qurban Rauf dədən 
Sağlam böyü, xoşbəxt yaşa, 
 Qaşı, gözü bir tamaşa, 
Murad ilə keçin başa, 
Fərəhlənsin  Rauf dədən  
Qardaşını  çox  istəyir,
Hərdən küsür, ağzın əyir 
Atam alıb, bir bax ? -deyir; 
Çantam da var , Rauf dədə! 
Atan ,anan qoy sevinsin, 
Doğmaların qəlbi gülsün.
Nəvələrim  xoşbəxt olsun,
Şeir desin Rauf dədən
Saçlarına düşməsin dən .

Rauf İlyasoğlu.
04 avqust 2022.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ