SON DƏQİQƏ

Qəlblərdə yaşayan hərbi komissar

Tarix:27-10-2022, 10:41

Arif day ilə Bakıda qonşu idik. Tez- tez görüşüb mehriban söhbət edərdik. Dürüst, sözübütov, mehriban,  qayğïkeş  şəxs olmaqla yanaşı, böyük nüfuz və hörmət sahibi idi.Arif müəllimin atası  Hüseynqulu  Babayev müstəqil Azərbaycan dövlətinin qurulmasında müstəsna xidmətləri olmuşdur. 1918- 1921- ci illərdə daşnaqlara qarşı mübarizə aparmış və əslən Qubadlı bölgəsindən olan  Hüseynqulu Babayev uzun illər hüquq mühafizə sahəsində  rəhbər vəzifələrdə ləyaqətlə işləmişdir.
 Vaxtìlə yaşadığmız  Ağdam şəhər 8 nömrəli orta məktəbi yenicə bitirmişdim.
" Kommunist " ( indiki Xalq qəzeti) qəzetinin zonalar üzrə xüsusi müxbiri işləmiş atam Ilyas Allahverdiyevlə Hüseynqulu Babayev  çox yaxın dost idilər.
Ilyas müəllim tez- tez  Hüseynqulu  əmini evimizə qonaq dəvət edərdi.
Anamın mis qazanda  bişiirdiyi   çolpalı plovun ətri hər tərəfə yayılardı.
Son dərəcə səliqəli geyinmiş Hüseynqulu Babayevin parıldayan xrom 
  çəkmələrindən hiss edirdim ki,bu  insan vaxtilə yüksək vəzifə sahibi olmuş  əsl hərbicidir.
Ağsaqqalların tarixi söhbətlərinə qulaq asmaqdan zövq alardım. Andro ik ozanyanın, Nejdenin qanlı cinayətlərindən Qubadlı- Zəngəzur milis işçilərinin  mübatkzliyindən söhbət açarkən Hüsenqulu Babayevin  nurlu siması daha da ciddiləşirdi 
Sonralar Azərbaycan 
Respublıikası
Ticarət  Sənaye Palatasında işləyərkən sədrimiz ,ictimai siyasi xadim Kamran Huseynov  dayısı Huseynqulu Babayev barədə  soruşardı.Mən isə Huseynqulu Babayevin rayonda böyük nüfuz sahibi oldugunu və insani keyfiyyətlərindən söhbət açarkən  Kamran müəllim çox sevinər və Sərtib dağına həsr etdiyi  şeiri mənə uca səslə oxudub köks ötürərdi.
Bu gün isə  Hüseynqulu Babayevin istəkli oğlu Arif  Babayevin şərəfli ömür yolu haqqında  söhbət açmaq istərdim.
 Arif Hüseynqulu oğlu Babayev 16 aprel 1933 - cü ildə Qubadllı rayonunun Çərəli kəndində  qulluqcu ailəsində anadan olmuşdur.
Atasıının xidməti işi ilə əlaqədar orta məktəb illərini Ağdam şəhərində 
yaşamış  Arif  Hüseynqulu oğlu  1944- ci ildə rayon 1 nömrəli məktəbin birinci sinfinə getmiş və 1951- ci ildə orta məktəbi müvəffəqiyyətlə başa vurmuşdur.
Arif Babayev 1952- ci ilin avqust ayında imtahan verərək Dnepropetrovsk şəhər Qırmızıbayraq zenit- artilleriya  ali hərbi məktəbinə kursant qəbul olunmuş və həmin məktəbi əla qiymətlərlə  bitirmişdir.
Arif Babayev 1958 - ci ildən 1964- cü ilə qədər Yevlax, Ağcəbədi, Şuşa və Bərdə rayon hərbi komissarlıqlarında ləyaqətlə çalışmışdır.
Yüksək təşkilatçìlıq bacarığı nəzərə alınaraq Arif Babayev daha məsul vəhifələrə təyin olunmuşdur.Beləki o,1964- cü ildən 1967- ci ilədək Yardımlı rayon hərbi komissarının müavini,
1967- ci ildən 1971- ci ilə qədər Yardımlı rayon Hərbi Komissarı vəzifəsində  vicdanla  işləmişdir.
Arif Babayev 1972-  ci ilin mart ayından 1982 -  ci ilin noyabr ayınadək Xaçmaz rayon hərbi komissarı, 1982- ci ildən 1987- ci ilədək Bakı şəhər  Nizami  rayonunun hərbi komissarı vəzifəsində  məsuliyyətlə işləmişdir. Onu da qeyd edim ki,Bakının Nizami rayonu yenicə yaradıldığı üçün məhz bu böyük rayona təcrübəli və peşəkar kadr olan Arif  Babayev ilk hərbi komissar  göndərilmişdir.
Işlədiyi illər ərzində ona  tapşırlan vəzifələri ədalətlə yerinə yetirdiyinə və qüsursuz  fəiyyətinə görə dəfələrlər müxtəlif dövlət orqanları   tərəfindən fəxri fərman , diplomlarla, eləcədə  orden və medallarla təltif olunmuşdur.
Həmin dövrlərdə Respublikaya rəhbərlik etmiş  Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyevin imzası ilə  rayon  hərbi komissarı Arif Babayev  səmərəli və qüsursuz fəaliyyətinə görə  və 60 illik yubileyi  münasibəti ilə Fəxri Fərmanla təltif olunmuşdur.
Arif Babayev 1987- ci ildə polkovnik  rütbəsində təqaüdə  çıxmışdır..
Arif Babayev ömür gün yoldaşıyla birlikdə dörd övladını vətənpərvər ruhda  böyüdüb boya - başa catdırmışlar.
Böyük  oğlu Rövşən  Babayev də atasının yolunu davam etdirmiş, Bakı Ali Hərbi məktəbini bitirərək Müdafiə Nazirliyi sistemində müxtəlif vəzifələrdə işləmiş ,mayor rütbəsində təqaüdə çıxmışdır.
Arif müəllimin Iki qız nəvəsi zabit olmaqla müdafiə nazirliyi sistemində çalışırlar.
Təmiz əqidəli,köklü nəslin nümayəndəsi olmuş Arif Babayev  27 sentyabr 2022 - ci ildə 89 yaşında vəfat etmişdir.
Gənc nəslə nümunə olan Arif Babayev  doğma yurdumuzun işğaldan  azad olundugu günü  görərkən sonsuz dərəcədə sevinmişdi.
Hər dəfə Arif Babayevlə səmimi görüşərkən onun xidmətləri barəsində yazmaq istəsəm də, Arif müəllim təvazökarlıq edərək  razı olmamışdı. Bütün bu müsbət keyfiyyətlər onun alicənablığından xəbər  verirdi.
Son dərəcə sadə,mehriban, təssübkeş  və qayğìkeş  şəxs olan Arif Hüseynqulu oglu Babayevin əziz xatirəsi doğmalarının  və onu tanıyan dostlarınn qəlbində əbədi yaşayacaqdr.

Rauf ILYASOĞLU,
" Həkəri " qəzetinin baş redaktoru, şair- publisist.



FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ