SON DƏQİQƏ

KEÇMİŞİNDƏN GÜC ALIB, GƏLƏCƏYƏ MƏTİN ADDIMLAYAN ŞƏXSİYYƏT!

Tarix:25-12-2022, 02:40

Bu gün - 24 dekabr Azərbaycanın ən yeni tarixindən heç vaxt silinməyəcək gözəl bir gündür. Belə bir deyim var: “İl var, bir günə dəyməz, gün var, min aya dəyər.” Həqiqətən də bizim xalqımız üçün 24 dekabr minlərlə aya dəyəcək qədər gözəl və önəmli bir gündür. Bu gün dünya durduqca, Azərbaycan var olduqca yaşayacaq və yaşadılacaqdır. Biz gəldi-gedər olsaq da Azərbaycanın dövlətçiliyini hər şeydən üstün tutan gələcək nəsillərimiz bu günü heç zaman unutmayacaqlar və unutdurmayacaqlar. Gələcək nəsillər bizim davamçılarımızdır. Biz o möhtəşəm və şanlı bayrağı onlara təslim edərək bu dünyadan gedəcəyik. Onlar – Azərbaycanın gələcək gəncliyi bu günü sanki öz ad günləri imiş kimi sevinclə, hörmətlə, ehtiramla qarşılayacaqlar. Bu gün Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan, tarix yazan qalib sərkərdə, sözü imzası olan, 200 il ərzində itirə-itirə gəldiyimiz vətən torpaqlarını, nəhayət, qaytarmağın başlanğıcını qoyan, dünya azəbaycanlılarının, haqq-ədalət sevərlərin, atasının, hamımızın Heydər babamızın vəsiyyətini yerinə yetirən cənab İlham Əliyevin doğum günüdür. Əgər 61 il bundan əvvəl bu gün İlham Əliyev dünyaya gəlməsəydi, bu günün reallığı tamamilə fərqli olardı. Ən başlıcası, 24 dekabr günü adi bir təqvim günü olaraq elə təqvim kimi də qalardı. Bu tarixi mənalandıran, rövnəqləndirən, yaddaşlara həkk edən, onu tarixləşdirən, ona əhəmiyyət qatan başlıca şəxsiyyət həmin gündə Allahımızın bizə bəxş etdiyi cənab İlham Əliyevdir. O həm yeni Azərbaycanın, həm də yeni reallığın memarıdır. O, nə qədər yeniliklərin adamı olsa da keçmişindən güc alıb gələcəyə mətin addımlarla addımlayan bir şəxsiyyətdir. Çünki o, gözəl bilir ki, keçmişi unudaraq gələcək qurmaq olmaz. Cənab Prezidentimiz hakimiyyətə gəldiyi ilk gündən yaşadığımız bu günə qədər hər yeni il artdıqca, yaş üstünə yaş gəldikcə düz mütənasib olaraq cənab Prezidentimizin siyasi, dünyəvi və hərbi uğurları, Azərbaycan xalqına qatdığı sevincli günləri artdı. O, həmişə Ulu Öndərimizdən miras aldığı, özü qədər inandığı və planladığı yolda yeridi və nə qədər çətinlikləri dəf edərək məğrur yeridiyi bu yolda çoxlu-çoxlu uğurlar qazandı, özü ilə bərabər bu uğurları birlikdə addımladığı millətimizə qazandırdı, onlarla sevindi, onlarla kədərləndi. Çünki onun yolu həmişə düz olub, öndər yolu, xalqın yolu, haqqın yolu olub və onun yeridiyi yola, qurduğu nizama, gördüyü haqq işə, başçılıq etdiyi haqlı hakimiyyətə layiq olmaq, layiq yaşamaq bizim borcumuzdur.6 noyabr 2020-ci ildə “Kredo” qəzetində “Zəfər tağı” adlı məqaləm dərc olunmuşdu. Həmin məqaləmdə mən bir ifadə işlətmişdim: “Hörmətli Əli Rza müəllim! (“Kredo” qəzetinin baş redaktorudur) Mənim ürəyimdən keçir ki, Xankəndinin mərkəzindən baxdıqda Şuşanın ən uca görünən yerində Ulu Öndərimizin yadigarı, Ali Baş Komandan, Türk dünyasının qəhrəmanı hörmətli cənab İlham Əliyevin heykəli ucaldılmalıdır. Heykəl ya qızıldan olmalı, ya da qızılı rəngə boyanmalıdır ki, aşağıdan (Xankəndindən) baxanların Günəşə baxan kimi gözləri qamaşsın. Düşünürəm ki, bu, bəlkə də zəfər tağlarımızdan ən yaxşılarından biri olardı”.
Mən bu gün də həmin sözləri deyirəm, öz sözümü dəstəkləyirəm, indən sonra nə qədər yaşasam da həmin sözü deyəcəyəm və gələcək nəsillərə də həmin sözləri diktə edəcəyəm ki, onlar da öz gələcək ardıcıllarına çatdırsınlar. Belə ki, Ali Baş Komandanımızın dəmir yumruğu həmişə orada, “revanşistlər”in başı üzərində parlayıb bərq vurmalıdır və onlar baxanda o yumruqdan gələn şüalar həmişə onların gözlərini qamaşdırmalı, pis baxanları kor etməlidir.
Biz Allaha şükür edirik ki, Allah bizim bəxtimizi Müzəffər Ali Baş Komandanımızla birgə, eyni yaşam tarixinə, eyni dövrə yazıb. Biz Allaha şükür edirik ki, canımızdan əziz tutduğumuz, göz bəbəyimizdən də çox qoruduğumuz və üstündə əsib-titrədiyimiz bu vətənin, bu millətin, bu xalqın, bu qüdrətli dövlətin başçısı İlham Əliyevdir. Mən cənab Prezidentimizin hakimiyyəti dövründə doğulub-böyümüş bir fərd kimi özümü dünyanın ən xoşbəxt insanı hesab edirəm. Ona görə ki, mənə Ulu Öndər Heydər Əliyevin hakimiyyət illərində yaşamaq nəsib olmasa da onun haqq işini layiqincə davam etdirən, onun davamçısı hörmətli İlham Əliyevin özü kimi dürüst hakimiyyətinə şahid olmaq, onun qurduğu Azərbaycanda, yeni Azərbaycanda yaşamaq nəsib olub. Mən xoşbəxtlərin xoşbəxtiyəm ki, 44 günlük Vətən müharibəsinin nə qədər kədərli anlarına şahid olsam da bir o qədər də çox sevincli anlarına şahid olmuşam. Cənab Prezidentimizin Qərb dövlətlərinin qərəzli, məkrli, ermənilər kimi hiyləgər, haqq-ədalətin nə olduğunu bilməyən jurnalistlərinə verdiyi müsahibələrdən qürurlanmışam, cənab İlham Əliyevi öz idealım bilərək ingilis dilini öyrənmək üçün daha səylə çalışmışam. 8 noyabr 2020-ci il tarixində, təkcə Azərbaycan üçün yox, bütün Türk və İslam dünyası üçün mühüm olan bir gündə - Zəfər Günündə Müzəffər Ali Baş Komandanımızın çıxışından qürurlanaraq sevincimdən özümə yer tapa bilməmişəm. Allah biz gəncləri Azərbaycanımızın şimalının da, cənubunun da işğal olduğu günlərdə yarada bilərdi. Amma bizim bu gözəl günləri görməyimiz, qürurverici yeni reallığı tanıyıb tanıtmağımız və ən əsası, Müzəffər Ali Baş Komandanımızın dirçəltdiyi Azərbaycanda yaşamağımız Allahın bizə böyük bir lütfüdür. Cənab Prezidentimiz heç kəs arasında fərq qoymayaraq, heç kəsi bir-birindən ayırmayaraq hər yaşdan olan bütün dünya Azərbaycanlılarını, eləcə də gəncləri daim diqqət mərkəzində saxlayır. Onlara ucsuz-bucaqsız geniş üfüqlər, uğurlara taybatay olan qapılar açır, sərhədsiz şəraitlər yaradır. Nəticədə, İlhamlı gənclik öz başçısından ilham alaraq yeni-yeni zəfərlər çalır, qələbələr qazanır, zirvələri fəth edir, nailiyyətlər əldə edir. Biz gənclər fəxr edirik və ömrümüzün sonuna qədər fəxr edəcəyik ki, Azərbaycanımızın dövlət başçısı və yeni Azərbaycanımızın memarı cənab Prezidentimiz İlham Heydər oğlu Əliyevdir!
Mən bu gözəl gündə cənab Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevi ad günü münasibətilə ən səmimi arzu və diləklərimlə təbrik edir, yeni yaşının – 61 yaşının onun üçün xeyirli-uğurlu, müvəffəqiyyətli, özü, ailəsi və şad günlərini görmək istədiyi Azərbaycanımız üçün daha gözəl, daha firavan olmasını Allahdan diləyirəm. Azərbaycanımızın işıqlı gələcəyi kimi inanıram ki, cənab Prezidentimiz şərəfli ömrünün gələcək səhifələrini Azərbaycanımız üçün ən unudulmaz olan yüksək nailiyyətlər, sarsılmaz qələbələr, dünya arenasında haqq-ədalət, bütün dünyaya sülh nümunəsi, sülh carçısı olması yolundakı çalışması və zəhmətindən gördüyü bəhrələrin unudulmaz xatirələri ilə yazıb dolduracaqdır. Biz özümüz kimi inanırıq ki, Ali Baş Komandanımızın uzaqgörən siyasəti və nəyi, nə vaxt, harada, necə etməli olduğunu özünün çox gözəl bilməsi sayəsində Şərqi Zəngəzuru, eləcə də erməni hərbi birləşmələrinin ekoloji cəhətdən talan etməyə çalışdıqları Qarabağımızın ayrılmaz hissəsi olan Xankəndini, Xocalını, Xocavəndi, Ağdərəni azad görəcəyik. Ali Baş Komandanımızın rəhbərliyi ilə yeni reallığımız bundan daha möhkəm, daha sarsılmaz, daha parlaq və möhtəşəm olacaq. Çünki bu günümüz, gələcəyimiz etibarlı əllərdədir və elə də olacaqdır. İnşəAllah! Amin! Mən Ali Baş Komandanımıza həsr etdiyim ürək sözlərimi, təbrikimi “Hərdən uçmaq istəyirəm” (2018) adlı şeir kitabımda yer almış, 23 dekabr 2016-cı ildə yazdığım, cənab Prezidentimizin 55 yaşına həsr etdiyim “Ulu Öndər yadigarı” adlı şeirimlə bitirmək istəyirəm.
 
ULU ÖNDƏR YADİGARI!

 
Mübarəkdı̇r yeni yaşın,
Dağlardan ucadır başın,
Sənı̇ təbrı̇k edı̇r xalqın,
Ulu Öndər yadı̇garı!
 
Netanyahuyla görüşdün,
Düşmənin bağrını sökdün,
Tale payımıza düşdün,
Ulu Öndər yadigarı!
 
Sən bı̇zə bı̇r ı̇şıqlı yol,
Daı̇m belə qüdrətlı̇ ol,
Ermənı̇yə dedı̇n:"məhv ol!"
Ulu Öndər yadı̇garı!
 
Neçə ildir, çalışırsan,
Vətən üçün alışırsan,
Əzablara qatlaşırsan,
Ulu Öndər yadigarı!
 
Ali̇ Baş Komandan oldun,
Xalqdan i̇lham alan oldun,
Tari̇xdə sən qalan oldun,
Ulu Öndər yadi̇garı!

SEVİNDİK NƏSİBOĞLU
9-cu sinif şagirdi, şair-publisist, AJB üzvü
24.12.2022


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ