İmran Güllübulaqlı Qərbi Azərbaycanın Amasiya rayonunun Ağbaba- Şörəel mahalının Güllübulaq kəndində anadan olub.Ali təhsilli müəllimdir.
30 ildən çoxdur ki, Binəqədi rayonundakı şəhid Əsəd Ələsgərov adına 244 saylı tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat fənlərindən dərs deyir.
Gənclərin vətənpərvər ruhda böyüməsində İmran müəllimin fəaliyyəti xüsusilə təqdirəlayiqdir.
İmran hələ gənc yaşlarından bədii yaradıcılıqla məşğul olmuş və bu günə qədər dörd şeirlər kitabı işıq üzü görmüşdür.
Doğulib boya- başa çatdığı Güllübulaq kəndi erməni quldurları tərəfindən işğal olunduqdan sonra Qərbi Azərbaycandan 1988 - ci illərdə 500 mindən çox soydaşlarımız öz dədə- baba yurdundan qaçqın düşmüşlər.
İmran da doğulduğu kəndin adını özünə təxəllüs seçərək Güllübulaqlı imzasıyla yazıb - yaradan şairlərimizdəndir.
'Mənim söz dünyam '" adlı lk şeirlər kitabı 2020- ci ildə çap olunmuşdur.
İmran Güllübulaqlının 2021- ci ildə" Bu dünyada mən də varam" , 2022 - ci ildə isə " Ömür qatarım " adlı şeirlər kitabları işıq üzü görmüşdür.
İmran Güllübulaqlı eyni zamanda " Həkəri" qəzetinin poeziya şöbəsinin müdiridir.
Dövri mətbuatda şeirləri, məqalələri çap olunur.
Şairin Orta Asiya Respublikalarında , həmçinin qardaş Türkiyənin müxtəlif qəzet və jurnallarda, almanaxlarda şeirləri də dərc olunur.
Çoxlu sayda qoşmaların, gəraylıların, təmsillərin, qəzəllərin , hekayələrin müəllifidir.
Bu günlərdə İmran Güllübulaqlının " İmza" Nəşrlər evində nəfis tərtibatda növbəti şeirlər kitabı işıq üzü görmüşdür.
" Könlümün sədası" adlanan kitab müəllifin oxucularla dördüncü görüşüdür.
Kitabın redaktoru bu sətirlərin müəllifidir.
" Qızıl qələm" və bir çox media mükafatlarına layiq görülmüş
İmran Güllübulaqlı Əfqanıstan müharibəsi veteranıdır.
İmran müəllim eyni zamanda gözəl ailə başçısıdır.
Övladlarını vətənpərvər ruhda böyüdən İmran Güllübulaqlının oğlu Kamran Qasımlı 44 günlük vətən müharibəsində iştirak etmiş və ölkə prezidentinin sərəncamı ilə dörd medalla təltif olunmuşdur.
İmran müəllim
şagirdlərə vətən müharibəsindən yadda qalan epizodları danışmaqla gəncləri ana vətəni sevməyə, torpağı qorumağa çağırır.
" Birdi " adlı şeirində şair yazır;
Vətən dərdi çəkməyənə
Aran da bir,dağ da birdi!
Bircə ağac əkməyənə
Bostan da bir,bağ da birdi!
Heç vaxt deyib-gülməyənə,
Qədir-qiymət bilməyənə,
Bir göz yaşı silməyənə
Sevinc də bir,dağ da birdi!
Xeyrə-şərə qaçmayana,
Elinə”nur saçmayana”,
Evdə süfrə açmayana
Şor da birdi,yağ da birdi!
Qara niyyət atmayana,
Ağ gününə çatmayana,
Gecə rahat yatmayana
Qara da bir,ağ da birdi!
Düz biçimdə geyməyənə,
Halal çörək yeməyənə,
Bir doğru söz deməyənə
Düz də birdi,lağ da birdi!
Bir köməyə yetməyənə,
Bir yaxşılıq etməyənə,
Yolunu düz getməyənə
Sol da birdi,sağ da birdi!
İmran yazır həqiqəti,
Yaşayırıq müvəqqəti!
Nadanlara bilin qəti,
Xəstə də bir,sağ da birdi!
40 milyondan çox soydaşlarımız yaşayan Güney Azərbaycanda (bu gün İran adlandırılan ölkədə) baş verən haqsızlığa dözməyən şairin
"Təbriz" adlı şeiri olduqca maraqlı, oxunaqlı və kövrək notlarla yazılmış əsərlərdəndir;
Sən mənim tarixi,qədim şəhərim,
Şərəfim,qürurum,qəmim,qəhərim!
Səninlə açılar bir gün səhərim!
Yaşadır xalqımız səni,Təbrizim!
Mənim ürəyimin təni,Təbrizim!
Hüsnünü vəsf edib qopuzum,sazım!
Şəninə qoşmalar,qəzəllər yazım!
Sənsiz qış kimidir baharım,yazım!
Taleyin olubdur ağır,Təbrizim!
Məni xoş günlərə çağır,Təbrizim!
O taylı,bu taylı ürəyimiz bir,
Adımız,arzumuz,diləyimiz bir!
Azərbaycan adlı gərəyimiz bir!
Qolumu yoluna açım,Təbrizim!
Sənin görüşünə qaçım,Təbrizim!
Yatır torpağında ulu Şəhriyar,
Şeirlər göndərib ona Bəxtiyar!
Həsrəti qaldıraq,olaq bəxtiyar!
Qədəmin mübarək olsun,Təbrizim!
Arazın saf suyla dolsun,Təbrizim!
Vətən bizum üçün yenilməz qala!
Arazın üstündən körpülər sala!
Bədxahın niyyəti gözündə qala,
Sən qoru özünü,aman,Təbrizim!
Gələcək elə bir zaman,Təbrizim!
Peşəkar səviyyədə ya!ılmış şeirlər şairə geniş oxucu rəğbəti qazandırmışdır.
İmran Güllübulaqlının növbəti beşinci kitabı da çap olunmaq ərəfəsindədir.
Məhsuldar qələm dostumuza yeni- yeni yaradıcılıq uğurları və can sağlığı arzulayırıq.
Rauf İlyasoğlu
"Həkəri" qəzetinin baş redaktoru, şair- publisist.