SON DƏQİQƏ

20 YANVAR ŞƏHİDLƏRİNƏ

Tarix:19-01-2023, 23:56

20 Yanvar şəhidlərinə 
Güllə yağırdı evlərdə, kuçələrdə,  bağçalarda, 
Qan içinə boyanmışdı xonçalar da, xalçalar da.

Yerdə qalıb çabalayan bədənsiz o qol, əl, qılça, 
Saralmış o cəsədlər də qalaq- qalaq, parça-parça 

Göydən zülm ələnirdi, yerdən alov- od çıxırdı, 
Şəhidlərin naləsindən şimşəklər də hey çaxırdı.

Paralandı qocalar da, cavanlar da, şaqqa- şaqqa,
Törətdilər  ermənilər  bir faciə, gör nə hoqqa? 

Qərənfillər dilə gəlib fəryad edirdi o anlar, 
Qarışmışdı yağan qara,
 al -:qırmızı qara qanlar.

Qorxmaz,igid  şəhidlərim, çəkmədi bir dəfə də ah, 
Kimlər idi cinayəti törədənlər, aman Allah! 

Vəhşiləşmiş rus ordusu  susamışdı türk qanına, 
Qorbaçovlar, Bakatinlər qıydı xalqımın canına.

Əmri icra edən nazir Dimitri Yazov cəlladdır,
Rauf, xalqın düşmənlərin gələcək nəsilə çatdır! 

Unutmayın o gecəni, şəhidləri görən şahid! 
Xalqın qürur mənbəyidir,
anılacaq hər bir şəhid.

Şəhidlərim yaşayacaq, qəlbimizdən  solmayacaq, 
İnanın ki, günahkarlar heç cəzasız qalmayacaq.

Rauf İlyasoğlu , 
" Könül duyğularım"  kitabı səhifə 32.
2014 -cü il.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ