Azərbaycan teatr səhnəsindən çox dahilər çox sənətkarlar gəldi keçdi. Çoxları oynadığları obrazlarla teatr tarixinə öz adlarını qızıl hərflərlə yazdı: Əliağa Ağayev, Lütfəli Abdullayev, Yaşar Nuri, Nəsibə Zeynalova, Səyavuş Aslan, İlham Əsgərov, Əjdər Həmidov, Fuad Poladov, Rafael Dadaşov və Ramiz Novruz. Adlarını çəkdiklərim bu sənətkarların hər biri Azərbaycan kinosunda və teatrında oynadığları rollar ilə öz imzalarını atmışdılar. Bu gün haqqında danışacağım bu sənətkar Azərbaycan teatrının sonuncu mogikanlarından biridir. Mən Ramiz Novruzu Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında işlədiyim andan tanıyıram. Daha doğrusu desək daha yaxından o zaman tanış oldum. Çox mülayim, xoş xasiyyət, çox gözəl bir insan idi. Oynadığı tamaşalardan zövq alırdım hər dəfə o səhnəyə çıxanda tamaşaçıların üzündə təbəssüm yaranırdı. Heç unutmaram “Xanuma“ tamaşasında Knyaz VanoPantiaşvilini oynayırdı. O, tamaşanın hər səhnəsində insanlara və onu səhnə arxasından izləyən mənə təbəssüm bəxş edirdi. Məndə hər kəs kimi o gözəl insanla bir səhnəni bölüşmək istəyirdim. Bir dəfə dedim ki, Ramiz müəllim inşallah nəsib olarsa sizinlə bir səhnəni bölüşmək istəyərəm. Dedi ki, inşallah yaxın zamanlarda olar. AzDramadaE.Filliponun “Silindir” pyesinin əsasında eyniadlı tamaşaya quruluş verdi. O, zaman mən İncəsənət universitetində oxuyan cavan bir tələbə oğlan idim. Sağolsun sənətkar həmin tamaşada mənimdə unutmadı gənclərin arasında mənədə kiçik bir fotoqraf obrazını verdi. O, hər kəslə ürəkdən məşq edirdi. Səhvimiz olan zaman bizə o səhvi gülərək anladırdı. Uşağlar bu tamaşada hadisələrin şahidi sizlərsiz. Hər bir hadisəyə reaksiyanız bildirin deyirdi. Tamaşadan sonra hər kəsi bütün aktyorları, texniki heyyəti təbrik edib onlara öz təşəkkürünü bildirdi. Ramiz müəllim sözün əsl mənasında çox gözəl insan idi. O, səhnəyə çıxan hər bir gənc aktyora ürək-dirək verirdi. Narahat olma hər şey yaxşıdır səndə alınacaq deyirdi. Hər kəslə çox mülayim rəftar edirdi. Heç kəsin qəlbinə dəymirdi. Hər bir tamaşaçı kimi, bizlərdə onu çox sevirdik. O bizim səhnəmizin Knyazı, Nadir şahı, Həsənzadənin, Cənab İli, Muradı, Stroçkovu, Bələdiyyə rəisi və Don Mimisi idi. Azərbaycanın kinosunun Həzi Aslanovu, Sisianovu idi.
Allah sənə rəhmət eləsin Sənətkar.
Ənvər Məmmədov
Gənc aktyor