SON DƏQİQƏ

Heydər Əliyevlə eyni ildə, eyni gündə anadan olmuş el ağsaqqalı- FOTO

Tarix:11-05-2023, 11:03

Qələmmirzə Şahpələng oğlu Məmmədov 1923 - cü ilin may ayının 10 da Şamaxı rayonunun Udulu sovetliyinin Şorbaçı kəndində zəhmətkeş bir ailədə anadan olmuşdur.Dahi şəxsiyyət Heydər Əliyevlə eyni gündə ,eyni ildə anadan olmuş Qələmmirzə çox zirəng, qoçaq uşaq olub.
Orta məktəbdə oxuya-  oxuya zəhmətə qatışıb ,  ata baba torpaq sahəsində işləyib , əkib becərməyi valideynlərindən öyrənib.
Amansız müharibə başlayıb. Cəbhəyə yollanıb .Sovet hökuməti 18 yaşı catdı çatmadı , başı papaqlı yeniyetmə cavanları vaqonlara dolduraraq müharibənin ən qızğın yerlərinə göndərib.
Sovet qoşunlarının tərkibində olan 416- cı Toqanroq divizyasında  Alman faşistlərinə qarşı vuruşub.
( Taqanroq diviziyası Mir Cəfər Bağırovun təşıbbüsü ilə  azərbaycanlılardan ibarət yaradılıb.
 Çünki rus dilini bilməyən əsgərlərimizi rus komandirləri güllələyirdi. Azərbaycan hökümətinə rəhbərlik etmiş Mir Cəfər Bağırov əsgərləri dinləyir və beş rus generalın sıraya düzdürərək Azərbaycan  dilində onlara komanda verir.Sağa dön! 
Sola dön!
Kim "  ne ponyal"  deyirsə,  onları dərhal güllələyib və gəlib Stalinə məlumat verib.
Stalin Mir Cəfər Bağırova  bir söz demir və Taqanroq diviziyası yaradılır.Müharibə qələbəylə başa çatdıqdan sonra Xruşov Sovet hökumətinə rəhbər təyin olunur.Keçmiş SSRİ - nin baş prokuroru Rudenkonun rəhbərliyi ilə Mir Cəfər Bağırovu tutmaq üçün Xruşovun general qardaşın güllələdiyi üçün komissiya təşkil olunur 
və Mir Cəfər Bağırov haqlı və ya haqsız ittihamlarla ən ağır - ölüm cəzasına məhkum edilir.) 
 Sovet İttifaqı Qəhrəmanı  general - mayor  Tərlan  Əliyarbəyov Taqanroq diviziyasının komandanı təyin olunur.
Sovet ordusunun  almanlara qarşı müharibədə qalib olmasında bu diviziyanın igid döyüşçülərinin  müstəsna xidmətləri olub.
Qəlımmirzə Məmmədov  müharibədə 
İki dəfə yaralanıb.
1942 ci ildə  yaralanaraq Bakıdakı Sabunçu xəstəxanasında müalicə olunub.
Müharibənin acı illərini xatırlayan el ağsaqqalı söhbət edərdi ki, tez-  tez Bakıdan şairlər , sənətkarlar cəbhəyə gələr və çıxış edərdilər.
Səməd Vurğunun odlu alovlu şeirlərini dinləyər və vətənə məhəbbət hissimiz daha da çoxalar,  otduda xoş əhval-  ruhiyyə yaranardı.
Birdən də düşmən mərmisi atılırdı və hərə öz mövqeyini tutardı.
Güclü yaddaşa malik Qələmmirzə Məmmədov sonradan Səməd Vurğunun
 " Sizə salam gətirmişəm" poemasını əzbər söyləyəndə övladları və onu dinləyən hər kəs müdrik el ağsaqqalının yaddaşına qibtə edərdilər.
Qələmmirzə Məmmədovun yaraları  sağalan kimi yenidən cəbhəyə gedib.
1944 - cü ildə ikinci dəfə   ağır yaralanıb və ordudan tərxis olunub.
Xəstəxanalarda müalicə olunduqdan sonra kəndə qayıdan Qələmmirzə Məmmədov kolxozda işləyib.Müxtəlif sahələrdə çalışıb.Kənddə daş karxanası açdırıb.
Daşı kəsdirib kasıblara pulsuz paylayıb.Neçə- neçə gənclərin ailə qurmasına köməklik edib.
1946 cı ildə Qələmmirzə kişi Təbərrük xanımla ailə qurmuş və bu izdivacdan yeddi oğlu , bir qızı dünyaya gəlmişdir 
Qələmmirzə kişi sərrast atıcı olub.Tez-  tez dağlarda ova çıxar, kəklik  ovlayar və körpə uşaqları olan  kasıb ailələrə paylayardı ki, hər kəsin evində qazanı qaynasın.Açlıq illərində yetimlərin güvənc yeri olub.
Yetişdirdiyi nar bağının məhsulu ilə bir çətən külfətini zəhmətlə  dolandırıb.
 Övladlarını vətənpərvər ruhda böyüdüb.İstər birinci vətən müharibəsində, istərsə də 44 günlük vətən müharibəsində bu nəslin neçə- neçə  igid oğulları düşmənə qarşı cəsarətlə vuruşub, şəhid olublar  və bu gün də  vətənin keşiyində dayanan belə oğullarla xalqımız qürur duyurlar.
Qələmmirzə kişi dövlətə , xalqına, elinə, obasına bağlı  sanballı kişilərdən olub.Ömrü boyu namaz qılıb, quran oxuyub.
Müqəddəs Həcc ziyarətində olub.Hacı Qələmmirzə Məmmədov  müdrik el ağsaqqalı olub.
Dahi şəxsiyyət Heydər Əliyevlə eyni gündə anadan olmağına çox sevinirdi və hər dəfə söhbət düşəndə eşmə bağını buraraq iftixarla  deyərdi: " Heydər Əliyev çox qoçaq adamdır".
Qələmmirzə kişini 1977 - ci ildən tanıyırdım.
Atam İlyas müəllim Kirov institutunda müalicə olunurdu.Tez- tez ona baş çəkirdim.Bir günnatam dedi ; Rauf, gəl səni bir müdrik el ağsaqqalı ilə tanış edib.Qəlımmirzə kişini görən kimi dedim; Ay Qələmmirzə dayı, Necəsiniz? 
Səsindən məni tanıdı.Rauf deyilsən? 
- Bəli deyib mehriban görüşdük.
İnstitutda oxuyanda və istehsalatda çalışanda da Uduluda Hacı Qəlımmirzə kişinin çox qonağı olmuşuq.
İlyas müəllim isə daha çox sevindi .
Axı Hacının oğlu Ənvər Məmmədovla bir institutda oxumuşuq.Tale elə gətirdi ki təyinatımızı  da eyni yerə - Bakı Kamvol kombinatına verdilər.Uzun illər bir yerdə çalışmışıq.Ənvər Toxucu fabrikinin rəisi, 
mən isə əyirici fabrikində sonralar isə konbinatın texniki nəzarət şöbəsinin rəisi vəzifəsində çalışmışıq.Yataqxanada uzun illər bir otaqda qalmışıq.
Bir necə dəfə Uduluda olmuşam.
Müdrik el ağsaqqalının nəsihətamiz kəlamların dinləmişəm " Xatirəyə dönmüş anlar " və "Dostlara dost töhfəsi "kitablarımda Qələmmirzə dayı haqqında eləcə də , övladları Valeh , Vahid,  Davud, Bəylər ,Xanlar, Ənvər, Cahangir  qardaşları haqqında oçerklər və şeirlər yazmışam. 
Mehriban, qayğıkeş və xeyirxah insan olmuş Hacı Qələmmirzə Məmmədov onu tanıyan doğmalarının, dostlarının qəlbində əbədi yaşayacaqdır.

Rauf İlyasoğlu.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ