SON DƏQİQƏ

SEVƏNLƏRƏ HƏDİYYƏ

Tarix:19-07-2023, 03:51

Əziz oxucular bu gündən etibarən sayıtımızda mütamadə olaraq həvəskar şair İbrahim Novruzu seirləri dərc olunacaq.   
Görəcəksən
(qəzəl) 
 
Yar, gözlərimə  baxsana, görməz, görəcəksən,
Səndən savayı kimsəyə çönməz, görəcəksən.
 
Qəlbim əridir köksümü, bil közləri oddur, 
Al xəncəri yar, gör necə sönməz, görəcəksən.
 
Dik bax üzümə, gör nə qədər çoxlu sual var, 
Dillər susacaq lal kimi dinməz, görəcəksən.
 
Mən zərrəsi ollam, uçacam dəm ilə eşqin, 
Göylər süzəcək, yerlərə enməz, görəcəksən. 
 
Yar, etsə nə kar ötsə hədər vaxt mənə  çimnaz* 
Etsə nə qədər, sevgimi yenməz, görəcəksən,
 
Novruz, sənə yanlış bu halın de bu nə haldır? 
Hərçənd ,”vurulub” sırtını dönməz, görəcəksən.
 
08.02.2023
 
Qurbanov İbrahim (Novruz) Qurban oğlu
 

İçimdə mənimlə vicdan danışır. 
 

Dalğalar kimidir hisslərim, sözüm, 
Hərdən əsib-coşub, gah yavaşıyır,
Bu dərin qəlbimə aynadır gözüm,
İçində sevincim qəmə qarışır. 
 
Hər incə işimdən məsul, hakiməm,
Nahaqqı haqq ilə kəsən  məlhəməm, 
Sən də ki, soruşma məndəki kiməm,
İçimdə mənimlə vicdan danışır. 
 
Vicdanım haqq deyir... ağzımda odu, 
Köksümə od salıb... acım da odu,
Sönməyir alışır bacamda odu. 
Min kərə su töksən yenə alışır.
 
Qəlbindən kor olar... cahil, cəm ilə, 
Nəfsini hey boğar... kamil, çəm ilə, 
Çöhrəyə çökəndə  əməl çən ilə,
Qanıma qürurum coşub darışır.
 
Günlərim, illərim dönübdür selə,
Axşamım, səhərim hər vaxtım belə, 
Hərçənd ki, ömrünü boş vermir yelə, 
Dəm tutur halına.. Novruz, barışır.
 
Ibrahim Novruz 
 
16.07. 2023

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ