SON DƏQİQƏ

NURİDİN UĞURU

Tarix:16-09-2023, 15:12

Torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalan Abdullayev Nurid Cingiz oğlunun bizə əmanət övlad Uğur bu il qədəmlərini birinci sinifə qoydu. Şairə Manya Səxavətqızı şahədətə ucalan mübarək şəhidimiz Nurid Abdullayevin  dilindən şəhidin övladı Uğur Abdullayevə seir yazıb.  
NURİDİN UĞURU                      

Ata həsrətiylə sən yaşa dolub,                            
Məktəbli yaşına çatmisan,Uğur.                               
Bil ki, cismim ilə var olmasamda,                       
Ruhum hey səninlə iftixar duyur.                       

Atali görəndə sən uşaqları,                                      
Göz yaşın süzülüb qəlbinə axır.                                 
Ata yoxluğuyla göynəyən qəlbin,                                   
Bu gün mənim üçün yaman darıxır.                             
 
Anan bir əlini tutsa da, oğul,                     

Boş qalıb əlimi tutan o əlin.                   
Məktəb həyatına başladığın gün,                             
Ata axtara axtaracaq sənin gözlərin.
 
Həsrətim nə qədər acı versədə,                               

Məğrur dur, çünki sen şəhid oğlusan.                      
Hər ata,hər ana arzu eder ki,                                      
Övladi qazansın hər zaman ad-san 

Manya Səxavətqızı 

Bizdə Uğur balamızı təbrik edirik, ona məktəb illərində və gələcək həyat yollarında bol-bol uğurlar arzulayırıq.

XeberTıme.az 


 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ