SON DƏQİQƏ

ŞANIM-ŞÖHRƏTİM, AZƏRBAYCANIM.

Tarix:18-10-2023, 12:41

ŞANIM-ŞÖHRƏTİM, AZƏRBAYCANIM.

Bu gün sənin bayramındır,
Doğma Azərbaycanım.
Xoşbəxt  günlər məqamındır,
Şanlı Azərbaycanım.

Sərbəst bir ölkəsən,
Uğurların böyükdür,
Zəfərlərdən doğan
Canım Azərbaycanım.

Dirəyindir hər övladın,
Şərəfinlə sən uçaldın.
Dünyaya səs salıb adın,
Yurdum Azərbaycanım.

Yoxdur tənin,saf niyyətin,
Qızın ilə oğlun mətin
Şərəfindir,söz haqqındır,
Doğma Azərbaycanım.

Tənin yoxdur,zəfər çaldın,
Sən adınla lap uçaldın.
Zirvədədir al Bayrağın,
Şanım-şöhrətim,Azərbaycanım.

18.10.2021

Pərvanə Salmanqızı
Şairə-Jurnalist 

 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ