SON DƏQİQƏ

Dövlətini, vətənini, xalqını sevən oğul

Tarix:27-10-2023, 23:17


Məhəmməd Məmmədov -75 
Yubiley ilin mübarək


Məmmədov Məhəmməd Əli oğlu  1947- ci ilin noyabr ayının 1 - də Zəngəzur mahalının Qubadlı bölgəsinin Şıxava ( Yuxarı Həmzəli) kəndində  zəhmətkeş bir ailədə dünyaya göz açıb.
1966 - cı ildə Muradxanlı kənd orta məktəbini bitirib və 1966-1969 cu illərdə Azərbaycan Respublikası Daxili Qoşunlarda hərbi xidmətdə olub.
Məhəmməd Məmmədov  1969 cu ilin iyun ayının 15 də Geofizika institutunda elektrik kəşfiyyat  laboratoriyasında texnik vəzifəsinə işə qəbul olunub.Eyni zamanda təhsilini davam etdirib.
İşlədiyi qısa müddət ərzində kollektivin hörmətini qazanıb.
Hamı ona  mehribançılığına və ünsiyyətcil olduğuna görə Mamed deyə müraciət edirlər.
Təşkilatçılıq bacarığı və nizam- intizamı rəhbərlik tərəfindən qiymətləndirilib.
İnstitutun direktoru akademik Həsən Əhmədovun rəhbərliyi altında Geofizika İnstitutunun  Çöl Ekspedisiyasının rəis müavini vəzifəsində çalışıb.
İşi ilə əlaqədar Azərbaycanın bütün bölgələrində, eləcə də Zakafkaziya üzrə dağ mədən kəşfiyyat  ekspedisiyasının böyük mühəndisi vəzifəsində çalışıb və yeraltı təbii yataqların tapılmasında uğurlar qazanıb.
Təşrübəli kəşfiyyatçı  geoloq 1994- 96-  cı illərdə SOKAR- ın  rəhbərliyi altında  Xəzər dənizinin İran sektorunda operator vəzifəsində ləyaqətlə işləmişdir.
Məzuniyyət vaxtı keçmiş SSRİ - nin bir çox diyarlarını gəzib səyahət etmişdir.Mütaliəni çox sevən Məhəmməd Məmmədovun zəngin kitabxanası var.Onu da qeyd edək ki Məhəmməd Məmmədov 
1980- 82 - ci illərdə iki il İrəvanda Dağ Mədən kəşfiyyat işində çalışıb.
Məhəmməd Məmmədov 1996- cı ildən 2006- cı ilə qədər SOKAR- ın Geofizika Baş İdarəsində mühəndis bəzilərində işləmiş və təqaüdə çıxmışdır.
İşlədiyi uzun illər ərzində səmərəli  fəaliyyəti qiymətləndirilib və qabaqcıl işçi olaraq  rəhbərlik tərəfindən dəfələrlə Fəxri fərman, diplom və qiymətli mükafatlara layiq görülüb.
1993 cü ildə Qubadlı rayonunun erməni quldurları və havadarları  tərəfindən  işğal olunması onu çox sarsıtmışdır
Qaçqın və köçkün insanlara kömək etmək onu əsas düşündürən məsələlərdən olmuşdur.Kövrək qəlbə malik vətənpərvər insan olan Məhəmməd Əli oğlu neçə ümidsiz ailələrə köməklik edərək onların Bakıda  mənzillərdə məskunlaşmasına şərait yaratmış və öz şəxsi vəsaiti və nüfuzu sayəsində xeyirxah işlərindən geri  qalmamışdır.
Bu gün də  el- obanın xeyir və şər məclislərində fəal iştirak etməklə  hörmət sahibi olan  Məhəmməd Əli oğlu gözəl ailə başçısıdır.
Ömür - gün yoldaşı köklü nəslin nümayəndəsi olan Çimnaz xanım ali təhsilli qabaqcıl müəllimələrdındir.
Uzun illərdir ki, gənc nəslin vətənpərvər ruhda böyüməsində , savadlı, vətənpərvər  şagirdlərin yetişməsində Çimnaz müəllimənin xidmətləri əvəzsizdir.
Torpaqlarımızın  işğaldan azad olunması Məmmədovlar ailəsinin  sonsuz sevincinə səbəb olmuşdur.
Qələbədən söhbət düşəndə Mamedin gözləri yaşayaraq deyir; - Biz müzəffər Ali Baş Komandanımız İlham Əliyev başda olmaqla  şəhidlərimizə, qazilərimizə və milli ordumuzun igid əsgər və zabitlərinə borcluyuq.Ata yurdumuz azad olunubsa biz dünyanın ən xoşbəxt insanlarıyıq.
Axı otuz il bu həsrətlə yaşamışıq.Neçə- neçə doğmalarımız yurd həsrətindən dünyalarını dəyişdilər.
Bu gün bizim başı uca gəzməyə haqqımız var.
Biz qalib xalqın övladlarıyıq."
Onu da qeyd edim ki, muğamın incəliklərinə bələd olan Məhəmməd Məmmədov içtimai işlərdə fəal iştirak edir.Deputat və Prezident seçkilərində fəal iştirak etməklə  dövlətimizə sadiq siyalılarımızdandır.
İki ali təhsilli övladlar  böyüdüb boya - başa çatdıran ailənin  bu gün sevincinin həddi hüdudu yoxdur.
Əmək veteranı olan Məhəmməd Məmmədovun 75 yaşı tamam olur. 
Söz, şeir, sənət vurğunu olan Məhəmmıd Əli oğlu Məmmədovu ürəkdən təbrik edir, ona cansağlığı arzulayırıq.
Yubiley yaşın mübarək Mamed müəllim! 
Bu təbrikə ' Həkəri" qəzetinin kollektivi də qoşulur.

Rauf İlyasoğlu 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ