SON DƏQİQƏ

“Xocalı: Şahidlər danışır" kitabı 8 dildə təkrar dərc edilib

Tarix:16-11-2023, 22:05

Yazıçı-publisist, tarix üzrə fəlsəfə doktoru İradə Əlilinin "Xocalı: Şahidlər danışır" kitabı Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə dəstəyi  ilə 8 dildə (Azərbaycan, türk, ingilis, rus, italyan, ispan, alman və fransız)  təkrar nəşr olunub.
XeberTıme.az  xəbər verir ki, müəllif kitabına göstərilən diqqətə və dəstəyə görə Diasporla İş üzrə Dövlət Komitəsinə və Azərbaycan Diasporuna Dəstək Fonduna  və kitab üzərində əməyi keçən hər kəsə təşəkkür edib:
"Xocalı soyqırımına aid olan bu kitabın oxucu əhatəsi xarici ölkələrdə daha çox olacaq. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradova və Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayevə  minnətdarlığımı bildirirəm. Azərbaycan həqiqətlərinin tanınması yönümündə çox işlər görülür, hər birimiz yorulmadan bunu etməliyik".
Qeyd edək ki, kitabın ön sözünü professor Elmira Süleymanova yazıb.  Redaktoru Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili- Ombudsman Aparatının əməkdaşı Azadə Novruzova, tərçüməçilər - ADU-nun bir qrup müəllim heyətidir.
Kitabda Yuxarı Qarabağ iqtisadi rayonuna daxil olan Xocalı rayonu haqqında qısa ensiklopedik məlumatlar, eləcə də 26 fevral 1992-ci ildə Xocalı faciəsi şahidlərinin xatirələri yer alıb. Kitab geniş oxucu auditoriyası üçün nəzərdə tutulub. 


XeberTıme.az  


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ