SON DƏQİQƏ

SEVİNDİK NƏSİBOĞLUNUN “ULU ÖNDƏRİN İŞIĞINDA” ADLI KİTABI LƏNKƏRAN MKS-NA TƏQDİM OLUNUB- FOTO

Tarix:22-11-2023, 02:14

Lənkəranın ictimai-siyasi həyatında fəal iştirak edən, gənc müğənni Allahverən Pərvizoğlu AJB üzvü, gənc şair-publisist Sevindik Nəsiboğlunun sayca 7-ci olan "Ulu Öndərin işığında" adlı kitabını həmin kitabın müəllifi adından Lənkəran Mərkəzi Kitabxanasına təqdim edib.
Təqdimetmə mərasimində Lənkəran Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru vəzifəsini icra edən Arzu Rufullayeva bildirib ki, kitabxana fondunda gənc şair-publisist Sevindik Nəsiboğlunun 7 kitabı var və bu kitablar oxucular tərəfindən sevə-sevə oxunur. 
Arzu Rufullayeva "Ulu Öndərin işığında" kitabının işıq üzü görməsi münasibətilə Sevindik Nəsiboğlunu təbrik edərək ona yaradıcılıq uğurları arzulayıb və Allahverən Pərvizoğlundan təbrikini gənc şair-publisist Sevindik Nəsiboğluna çatdırmağı xahiş edib.
Sonda xatirə şəkili çəkdirilib.

Qeyd edək ki, gənc şair-publisist Sevindik Nəsiboğlunun 7 kitabı Lənkəran Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Oxu sərgisində yerləşdirilib. 


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ