SON DƏQİQƏ

BƏDHEYBƏTİN SEVGİSİ

Tarix:12-12-2023, 00:46

Bədheybətin sevgisi
A adlı bir məmləkətdə Ə adlı bir Bədheybət yaşayırdı . Bu bədheybət çoxda yaraşıqlı deyildi , qızlarda onu sevmirdi . Çünki bu Ə qızların idealı deyildi . Həmin məmləkətdə isə ondan fərqli olaraq çox yaraşıqlı oğlanlar və gözəl qızlar yaşayırdı . O həyatda tək idi , bir dərd ortağı sevdiyi yox idi . Yox üzür istəyirəm onun bir dərd ortağı var idi . Oda Dəniz idi . O hər gün oturub öz özünə düşünürdü ki görəsən niyə məni sevən yoxdur . Axı məndə sevmək sevilmək istəyirəm . Bir gün o Leyla adlı bir gözəl qızı sevdi . O qızla xoş anlar yaşadı amma sonradan onu itirdi . Hə beləliklə bir zaman bədheybəti sevən bir gözəl vardır Andersonun əsərindəki kimi amma mənim bədheybətim o əsərdə olduğu kimi sonda öz sevgilisinə qovuşmadı əksinə onu itirdi . Mən istərdim sizə bu bədheybətlə gözəl arasında sevgidən danışım . Onlar bir birlərini çox amma çox sevirdilər . Sevgilərininsə bircə şahidi var idi bədheybətin dostu Dəniz . Bu Dəniz çox çılğın və dəlisov idi . O hər gün dostuyla danışırdı . Bir gündə o danış danışan zaman Leyla yanına gəlir   Bədheybət – Dostum dəniz mən Leylanı sevirəm sən buna şahid ol dostum.  Leyla - Yenə kiminlə danışırsan?  Ə – Bax bununla dostum dənizlə . Ona səni necə sevdiyimi deyirəm .  
Leyla – Oda səni dinləyir?  
Ə – Hə dinləyir hətta mənə cavabda verir .  
L – Yaxşı nə deyir dəniz.  
Ə – Deyir ki , oda səni sevir, səndə onun sevgisinə inan  
L – Bütün bunları o dedi sənə  
Ə - Hə , birdə onuda dediki o qızı üzmə çox yaxşı qızdır qədrini bil onun ay axmaq .  
L ( gülür ) – Ha ... Ha .... Ha.... o zaman səndə ona qulaq as üzmə deyir üzmə  
Ə – Leyla düzünü de sən həqiqətən məni sevirsən  
L - Hə sənin buna şübhən var . ( Özünü dənizə atmaq istəyir ). Ə onu tutur . Dənizə atlamasını qoymur .  
Ə – Yox , yox mən sənə inanıram. Sən ölsən mən yaşaya bilmərəm bəlkə də yaşıyaram amma nəfəs sala bilmərəm.  
L – O zaman sən nəfəs sal çünki mənim harasa getməyə bir niyyətim yoxdur.  
Amma sən saydığını say gör fələk nə sayır. Fələksə onlara gözəl bir oyun oynayırdı adıda ölüm oyunu idi. Fələk qıza elə bir oyun oynadı ki qız xəstələnib yatağa düşdü . Uzun bir müddət ikisidə görüşmədi. Niyə ? Ona görə ki L adlı gözəl qız getdikcə gözəlliyini itirir və gücsüz halda yataqda yatırdı. 
Onu bu vəziyyətdə kiminsə görməyini istəmirdi . Hətta sevgilisinin belə onu görməyini istəmirdi. 
Bir gün qızın rəfiqəsi Ə nin yanına gəlib dedi ki , bilirsən niyə Leyla sənin onu görməyini istəmir. Bax buna görə ( telefonundakı şəkli ona göstərir).  
Siz bəlkə də indi yazdığım sözlərə inanmayacaqsız amma bu dəfə inanın bu bədheybət sadəcə dönüb bu şəkilə baxır. Dostu dənizin yanına gəlir hayqırır   
Ə – Aaaaa ...  Salam dostum dəniz necəsən ?. Bu gün səni çox durğun gördüm dostum . Sən mənə fikir vermə dostum mən ağlamıram. Yaxşıyam səndə yaxşı ol dostum. Nə olub dostum sənədəmi deyiblər ki sevgilin xəstədir Bir neçə aya, ya həftəyə öləcək . Bax sənin yanında sevgiyə and içdiyim o anı xatırlayıram. Mən burda and içdim ki onu ölənə qədər sevəcəm. Dəniz dostum bilirsən mən onu itirmək istəmirəm o məni bu fani dünyada olduğum kimi sevən tək insandır. Bəlkə də o insan deyil sadəcə qanadsız bir mələkdir. Axı mələk necə ölə bilər . Mələklər ölmür axı onlar ölümsüzdülər. Dəniz bilirsən o məndən utanır istəmir onu bax bu vəziyyətdə görüm ( cibindən telefonu çıxarır şəkli dənizə göstərir. Şəkildə Leyla xəstəlikdən gücsüzləşmişdi , gücünü tamam itirmişdi. O əvvəlki gözəlliyidə qalmamışdı. 
Başında isə çalma var idi. Saçlarıda tökülmüşdü ). O bu vəziyyətdə də çox qəşəngdir elə deyilmi dostum. Dəniz susur ona cavab vermir. Dəniz ona necə cavab verə bilərdi ki ağzı yox dili yox. Bəlkə olsaydı ona deyərdi ki ey sən nə gözəl insansan axı nə üçün hamı sənə bədheybət deyir. Məgər onlar sənin gözəl qəlbini görmürlər, kordular. Dostum dəniz susursan mənə cavab vermirsən. Qəşəngdir hə axı mən onu qəşəng olduğu üçün yox gözəl qəlbinin olduğu üçün sevirəm. Sənə kiçik bir sirr açım. Mən onunla necə tanış oldum . Universitetdə oxuyurdum. Universitetin həyətində balaca bir oğlan uşağı hər gün ora gəlib o balaca zərif əlləri ilə salfetka satırdı. Çoxları o oğlanı elə salırdılar. Hətta bəzi qızlar onunla məzə tuturdular. Ağız bunu qəşəng yuyundurub geyindirsən konfet kimi oğlan olar. Bunun vid fasonuna bax hələ . Leyla uzaqdan bu qızları görüb onların yanına gəlir. Salfetka satan oğlana deyir: Qəşəng oğlan mənə 2 dənə salfetka ver . Oğlan gözləri parıldaya parıldaya ona salfetkanı verir. Sən mənimlə çay içərkən qəşəng oğlan. Bu balaca oğlan dünən səhər bulka yemişdi. Heç çayda içməmişdi. Oğlan təəccüblü halda soruşur: mən  
Leyla ona baxıb hə sən mənimlə çay içərsən qəşəng oğlan. Uşağın gözləri sevinc içərisində idi o sevinərək cavab verdi hə içərəm qəşəng qız. Leyla rəfiqələrinə üzünü tutub dedi ki, insanın geyiminə, onun zahirinə görə onu sevməzlər zahirdə geyimdə gəldi gedərdi amma daxili gözəldirsə bax o insan o zaman insandır. Mən belə görürəm ki siz ancaq zahiri görünüşü üstün tutursuz amma mən yox mənim üçün ən əsası daxili gözəllikdir. Qəlbin gözəlliyidir hər adam bunu bacarmır. Mən sizi qınamıram sizdə heç bir günah yoxdur sizin qəlbinizə daşlaşıb gözəl olanı görə bilmirsiz. Qızlardan biri dözməyib ona cavab verir : Budur gözəl olan, budur yaraşıqlı olan. Bunda nə gözəllik nə yaraşıqlıqlıq var ki bizdə görək. Leyla uşağa baxıb susdu hə haqlısan bu nə zahirinə nədə sənin dediyin o gözəlliyə sahib deyil çünki o sənin kimi insanlığını itirməyib. Sənin kimi qəlbi daş deyil hər kəsə, hər şeyə gözəlliklə baxır. Hə balaca dostum gəl gedək bu daş qəlbli insanların yanından çıxıb gedək. Bax dəniz mən bütün bunları kənardan izləyirdim. O həqiqətən də bir mələk idi . Sadəcə qanadları yox idi. Mən o gündən sonra hər dəfə onun barəsində düşünürdüm. Bir gün məndə universitetin həyətində bu balaca oğlanla söhbət etdim adı Taleh idi atası hələ o uşaq ikən atıb getmişdi onları anası isə Talehin 3 yaşı olan zaman xərçəngdən dünyasını dəyişmişdir. Balaca Taleh o gündən bəri nənəsi ilə qalırdı mən bunları biləndən sonra Talehlə daha da yaxınlaşdım hətta ona oxumadığım kitabları, ona qələmlər, dəftərlər verirdim. Taleh dostum sən oxumalısan deyirdim bunu mən Leylaya görüşmək üçün etmirdim. İnsan olduğum üçün oda insan olduğu üçün edirdim. Talehlə dostlaşmışdım o mənim ən yaxın dostum olmuşdu. Bir gün mən Talehlə birlikdə universitetə yaxın çay evində oturmuşdum. Leyla Talehi görüb onun yanına gəldi: Salam qəşəng oğlan necəsən ?. Taleh susdu heçnə danışmadı bir neçə saniyədən sonra Salam Leyla bacı yaxşıyam dededi bax buda mənim dostum Ə – dir. O çox gözəl insandır Leyla bacı oda sənin kimi məni çox istəyir. Bax bu məktəbli çantasını və bu dəftəri , qələmi o verib mənə. Leyla bacı sənə bir sual verə bilərəm. Hə buyur ve. Leyla bacı dünən məktəbdə müəllimə dediki insanlar öləndə cənnətə düşürlər və yaxınlarını yuxarıdan izləyirlər. Düzdür Leyla bacı? Mən və Leyla bu sualın qarşısında aciz idik. Cavab verə bilmirdik. Susduq.  
Hə dostum Dəniz bax belə o doğrudan da mələk idi. Amma mən indi o mələyi itirirəm. Eşidirsən dəniz mən hər şeyə hər kəsə ölümə hətta həyata belə nifrət edirəm. Nifrət edirəm ... Nifrət edirəm ... Nifrət edirəm. Mən özümədə nifrət edirəm ...  
Bədheybət 3 ay sonra canından çox sevdiyi Leylasını itirdi . Ondan sonra həyat ona zülüm oldu hər gün onun məzarına getdi bəlkədə hər dəfə dayanıb o məzara donmuş halda baxdı. Bu susqunluq bədheybətin sükutu idi. Bəlkə də nə zamansa sevə biləcəkdi amma heç kim onun yerini verməyəcəkdir onun üçün. Elə də oldu bədheybət 1 ildən sonra yenidən sevməyə çalışdı. Gözəl bir qızla tanış oldu həyatı yavaş yavaş dəyişirdi onun yanında üzü gülürdü amma buda çox sürmədi. Bədheybət bu dəfə ağır bir zərbə aldı sevdiyi insandan. Onu ən yaxın dostuyla xəyanət edəndə tutdu . Axı mən sənə nə etmişdim ay vəfasız niyə axı mənə bunu etdin sən məni sevirəm deyirdin budur sənin sevgin. Ay axmaq bir özünə bax birdə mənə mən səninlə uşaq oyuncağı ilə oynadığı kimi oynadım. Sən bədheybətsən mən səni sevə bilmərəm bax mənə Azər kimi cavan yaraşıqlı oğlan lazımdır. Sən heç güzgüdə özünə baxmısan  görmüsən nəyə oxşayırsan eybəcər gonbul bədheybətə  mən sənə nifrət edirəm hə sənə onuda deyim səni öpdüyüm zaman iyrənirdim səndən. Hə o ki qaldı sənə səni sevirəm demayim onlarında hamısı bir oyun idi.  
O gündən sonra bədheybət bir daha sevmədi nifrət etdi sevgiyə bir zaman ona sevməyi öyrədən insan bu dəfə isə başqasının əlində oyuncaq olub sevgisinə ehtiyacı olan bir vaxtda ona sevgini unutduran, nifrət etdirən oldu. Bədheybət sevginin nə olduğunu bilirdi çünki bir zamanlar oda sevmişdi. Amma onun sevgisi xəyanət yox sevgi ilə olan sevgidir. Bədheybət o gündən sonra dənizi sevdi. Onun tək ortağı dostu dəniz oldu. Sevirəm səni dostum dəniz . Hər kəs sənə qatil deyir dəniz amma sən qatil deyilsən çünki heç kim hətta səndə qatil olmaq istəmirsən. Dilin olsaydı qışqırardın ey insanlar mən qatil deyiləm mən. Sizdə mənə qatil deyirsiz istəmədən qatil edirsiz. Bəlkə də insanlar səndən qorxmaz onlarda mənim kimi səni sevər səninlə dərdlərini bölüşür. Bəlkə də sən bəzi şeylərə görə utanırsan sənin yanında sevgiyə and içdikləri üçün ayda elə bu dənizdə səni səni sevdiyimə şahid olsun. Sonra ayrılanda sənin yanına gəlib səni günahkar bilməsinlər dostum dəniz.  Elə bax burda dəli bir nərilti keçir qəlbimdən hayqırmaq istəyirəm hər kəsə hamıya bəyan etmək istəyirəm. Ey insanlar dəniz qatil deyil onu qatil adlandırmayın . Mənə nə deyirsiz 
də deyin hə baxın mən dəliyəm amma mənim dostum dəniz qatil deyil onu sizlər qatil etmisiz. Biriniz onun yanında onu şahid tutaraq sevgiyə and içirsiz sonradan sevginizə dönük çıxıb intihar edirsiz. Axı burda dənizin nə günahı var. Siz ailənizdə dəniz vahiməlidir o insanı udan nağıllardakı boz əjdahadır. Mən deyim sizə dəniz nədir: Dəniz həyatdır dəniz mənim bu həyatdakı tək dərd ortağımdır sizlərdən fərqli olaraq o bu bədheybətlə söhbət edir onu dinləyir onu rahatlaşdırır bəlkə də elə dənizdə onu sevir. Onun dənizi sevdiyi kimi əsil sevgidə bax belə olmalıdır qarşılıqlı. Necə ki bir zamanlar onu dənizdən savayı sevən biri var idi.  
        Mən bu həyatdakı çılğın dənizdim  
        Sənsə o dənizin ləpələriydin  
        Mən o ləpələrdə ölə bilərdim  
        Sənsə o ləpələri sevən biriydin  
Eh dostum dəniz bu həyatdakı insanlar nə səni nədəki məni anlamırlar. Bu həyat doludur gözəl qızlarla , yaraşıqlı oğlanlarla amma bu həyatda cəmi bir Bədheybət var oda insanlar arasında yaşayır , insanlar onu sevməsə belə ona nifrət etsələr də onu Dəli , gic deyib çağırsalarda o hamıya hər kəsə nifrət edərək yaşayır . Bəlkə bir zamanlar oda bu həyatı sevirdi hər bir sınağına , əyrisinə əksikliyinə dözürdü çünki onu bir zamanlar sevən bir Leylası vardı . Bədheybəti olduğu kimi sevən Leyla . İndi ondan bədheybət bir məzar daşı və bu çılğın dəniz qalıb. Yalnız bu ikisi bədheybətin yenidən yaşamasına, ayaqda durmasına kömək edir. Hə birdə bədheybətin gözəl anası onu bax indi bu dünyaya bağlayan yeganə amil budur. Bədheybət hər dəfə yuxuda Leylası ilə olan o xoş anları görürdü.  
 Bədheybətin yuxusu: Mən o günü yenədə onu yuxumda gördüm o həmişəki kimi çox qəşəng idi . Ağ libasında gəlinlərə oxşayırdı ətrafını gül çiçək bürümüşdü təkcə qanadları çatmırdı , qanadları olsaydı o zaman həqiqi mələyə oxşayacaqdı. Bəlkə də bu fani dünyada məni qoruyan yeganə mələkdir. Mən yuxuda ona yaxınlaşmaq onun əllərindən tutmaq istədim amma bacarmadım o məndən getdikcə uzaqlaşırdı. Bədheybət  yuxunun təsirindən ağlayaraq getmə .... Nolar getmə Leyla getmə yalvarıram sənə getmə  Mən onunla keçirdiyim o xoş anları unutmuram . Bəlkə də indi yeganə təsəllim onunla keçirdiyim o xoş anlardı eh Leyla ... Leyla niyə axı məni bu fani dünyada tək qoyub getdin Leylam sənsiz mən bir heçəm heç .... Axı mən səni sevirdim . Yadıma gəlir sən bir gün dedin ki insan çox sevməməlidir. Sevginin sonu hicran və ayrılıq olur. Mən səni dinləmirdim elə günü gündən səni çox sevirdim sən mənim həyatım idin. Yadıma gəlir bir gün sən məndən möhkəm incidin dedinki guya mən sənə xəyanət etmişəm məndə sənə aid olan bir şeyi məhv etmişəm. Xatırlayıram o günü rəfiqəm gəlib dediki sənin Leylam bax bu vəziyyətdədir rəsmini mənə göstərdi mən sənin saçının töküldüyünü gördüm öz saçlarımı kəsdim sonra isə sənin yanına gəldim səninlə birlikdə dostumuz dənizin yanına getdik o gün sən sadəcə dənizə baxıb susdun. Ətrafdakılar sənidə mənidə dəli sanıb gülürdülər . Onlar sənin və mənim saçımın olmadığını gördülər gülməyə başladılar. Mən onlara yaxınlaşmaq istədim sən mənim əlimdən tutub qoymadın dedin ki insanlar bilmədən gülürlər qoy gülsünlər boş ver əsas odur ki sən mənim yanımdasan mən sənin yanındayam. Bilirsən sən haqlı idin ölüm həyatın içindədir ölüm həyatın özüdür. Mənsə bunu çox gec gec anladım. Bağışla məni ...... Bağışla. Bax indi rəsminə baxıb özümü bax bu cür ovuduram duz edirəm yoxsa səhv edirəm amma bilmirəm. Bircə onu bilirəm ki, səni hamıdan və hər kəsdən çox lap çox istəyirəm . Darıxmışam sənin üçün sənə şeirlər yazıram deyərəm bir möcüzə olar bir gün sən qayıdarsan ce eee mən qayıtdım bu yuxudur bir oyundur deyəsən ..... (Əlinə bir vərəq götürüb bu misraları yazır). Yenədə otağım darıxır sənsiz  
           Mən sənin rəsminə baxa bilmirəm  
           Rəsminə baxanda səni görürəm  
           Bax bu dəfə rəsmi də darıxır sənsiz  
 
           Əllərim həsrətdir sənin əlinə           
           Əlinin istisini suya bilmirəm  
          Ürəyim yenədə ağlayır sənsiz  
          Mən onun göz yaşını silə bilmirəm 
Nə qədər yuxuya getməyə çalışsa da bədheybət yuxuya gedə bilmir yerində hey o tərəf bu tərəfə fırlanır nə edəcəyini bilmir musiqi qoyub musiqini dinləyir gözlərini qapayır . Sanki yuxuda Leylaya rəqs edirmiş kimi onun rəsmiylə rəqs edir . Bəlkə də bunu nə zamansa oxuyanda çoxlarınız bədheybəti dəli adlandıracaqsız. Yalnız havalanmış insan rəsmlə rəqs edər . O rəsmlər elə rəqs edirdi ki sanki Leyla ağ gəlinlik donunda onunla birlikdə rəqs edirdi bəlkə də o gözlərinizdə buna görə yummuşdu. Bəlkə də gözlərinin önündə bu rəqsi canlandırırdı amma xoşbəxt idi üzü gülürdü şəkilə sımsıkı sarılmışdı . Bax onun xəyallarında yaşayan bu böyük sevgi bu idi. Bu bədheybətin sevgisi idi. Nə qədər o yaşayır sevgisində onun ürəyində , xəyalında yaşayacaq. Bəlkə bir gün bədheybət də xoşbəxt olacaq. 
Əsil sevgi heç bir əngəl tanımadan  sevməkdir.  
                                               

MüəllifBədheybətin etirafı.

Mən sizə bir dəfə Bədheybətin sevgisi haqqında danışmışdım. Bir Bədheybət var idi, o,hər kəsi sevirdi,amma onu sevən yox idi . Buna görə də Bədheybət böyük bir məmləkətdə tək və sevgisiz yaşayırdı . Bədheybətin həyata nifrəti var idi . Daha doğrusunu desək, ən çox nifrəti insanlara idi . Niyə məhz insanlara?Çünki Bədheybət çoxlarından fərqli olaraq bilirdi ki, bu həyatdakı qorxulu məxluq elə insan özüdür . Bədheybət deyirdi ki, mən meşədə vəhşi heyvanların içərisində yaşayaram, qorxmaram, amma yer üzündə yaşayan  vəhşilərdən qorxuram. Çünki yer üzündəki vəhşilər hər kəsdən qorxuludur,onlarda mərhəmət hissi yoxdur. Heyvan yaralı və ya yıxılan bir heyvan görəndə onu parçalamır, ona yardım edir. İnsan isə öldürməyi o qədər asan bilir ki,öldürür, məhv edir. Bax,elə buna görədə mənim Bədheybətim o insanlara nifrət edirdi, o insanlar kimi riyakar deyildi. Amma insanlar hər dəfə üzürdülər onu. O isə heç kəsə bir cavab belə vermirdi, çünki bu həyatda onu heç kim anlamırdı. Həyatdakı yeganə dostu dəniz idi . O, bütün dərdini- sərini dənizlə bölüşürdü. Heç kəsə heç nə demirdi. Elə hey insanlara baxıb onların etdiyi əməllərə görə onlardan utanırdı. Atası var idi , amma var olsa da, onun üçün yox idi. Çünki bir ata öz oğlundan utanmaz, nə olursa olsun, onu kimdənsə üstün tutmaz . Amma Bədheybətin atası elə deyildi, onu hər kəsin yanında  alçaldırdı. Başqalarını ona nümunə göstərirdi . Bədheybət ona heçnə demirdi,amma içində üzülürdü. Hər kəs ondan uzaq dururdu, hamı ona dəli deyirdi, amma anlamırdılar ki, yer üzündə ən ağıllılar elə dəlilərdi. Hə, bir də deyirdilər ki, böyü, bax hamı böyüyüb, sən də böyü!Bilirsiz, həyatda heç bir zaman böyümək istəməmişəm. Niyə hər zaman balaca olmaq istəmişəm? Səbəb isə çox sadədir,balaca olanda problemdən uzaq olursan. Uşaq olanda, heç nəyə fikir vermirsən, hamı tərəfindən əzizlənirsən. Amma  böyük olanda yox! Mənim bədheybətim də elədir, heç bir zaman kimsə tərəfindən əzizlənməyib . Bədheybət başa çəkilən sığalın nə olduğunu bilmir. Onun üçün bu həyat Şekspirin dediyi kimi bir teatrdır, insanlar isə aktyor. Hərə isə öz tamaşasında baş rolu oynayır. Həyatına daxil olan bəzi insanlar isə sadəcə hərəsi bir obrazı oynayıb gedir. Ona görə də Bədheybət insanlara nifrət edirdi. Səbəb  isə çox sadə idi. Çünki Bədheybət insanları tanımırdı. Çoxları onun saflığından istifadə edib, onunla oyuncaq kimi oynayırdı. Bədheybət heç kimə pislik etmirdi,  çünki pislik etməyi bacarmırdı. Ürəyi çox təmiz idi Bədheybətin. İnsanların necə mənfur, iyrənc bir məxluq olduğunu bilmirdi. Amma insanlar hər dəfə ona pisliklər edirdilər. Bədheybətə nəinki dostları, hətta ailəsində də gözü götürməyənlər var idi. Atası onu istəmirdi, hər dəfə ona ağzından çıxanı deyirdi. Bəlkə də o Bədheybət idi,amma o, bütün bu sözlərə layiq deyildi : “Sənin kimi oğul olmaz!” və ya” Bunun başı çatmır!” kimi sözlər deyib, onu hamının yanında alçaldırdı. Amma o Bədheybətin o sözlərdən sonra  nələr yaşadığını bilmirdi. Çünki Bədheybətin nələr yaşaması, ona heç maraqlı deyildi. Çünki o insana və onun ətrafındakılara  əsas maraqlı olan şey yeyib- içmək, ən çox da içməkdir. Amma anlamırlar ki, içki ilə həyatda heç nə həll olunmur. Əgər içki ilə problemlər həll olunsaydı, onda gərək bütün dünya alkaş olardı. İçin… için…! İçib özünüzü meymun vəziyyətinə qoyun! İçib açarınızı itirin! Biriniz içib arvadınızı döyün, biriniz övladlarınızı özünüzdən bezdirin, digərinizin nəvələri sizə nifrət etsin!Sizin də bu olanlar heç vecinizə olmasın, elə hey için, arağın boçkasına girin! Mənə həyatda dəli deyirsiz, yaxşı,mən dəli olaraq siz ağıllılara bir sual verim? Ağıllı olub nə etmisiz? Bir – birinizin ayağının altını qazmaqdan başqa nə bacarırsız? İşiniz ancaq qeybət olsun. İşiniz ancaq kiməsə torba tikmək olsun. Mən isə qoy sizin dediyiniz kimi dəli olum, amma heç nəyə gözlərimi yummayım. Mən dəlilər içində ağıllı, ağıllılar içində isə dəli olum. Sizin həyatda yaşadığınız kimi yaşamayım. Siz guya insanları sevirsiz , ey ağıllılar? Yaxşı, sevdiyiniz insana niyə ziyan vurmağa çalışırsız? Niyə? . Görürsüz, bu suala cavab tapa bilmirsiz. Mən deyim cavabını: ” Ey ağıllılar, sevən insan sevdiyi insana ziyan vurmağa çalışmaz, əksinə, onu sevər ,onun yanında olar hər zaman. Sevən insan heç bir zaman xəyanət etməz!
Bəlkə də çoxları Bədheybətin sözlərini lağa qoyacaq ,ona dəli deyəcəklər. Amma olsun! Bir söz var: “ Ağıllı namussuz olmaqdansa, dəli namuslu olmaq yaxşıdır!”Mən heç bir zaman insanları anlamamışam, bəlkə də anlamaq istəməmişəm,bax,səbəb budur. Amma nə yaxşı ki, mən onları anlamamışam. Anlasaydım, mən də onlara oxşayardım. Amma mən bunu istəmirəm. Mən sizə Bədheybətin daha bir etirafını deyəcəm. Siz insanlar sevginin nə olduğunu bilsəydiz, bəlkə o zaman həqiqətən sevərdiz. Mən insan görmüşəm ki, atasını və anasını canından artıq sevir, amma atasını da, anasını da kimsəsiz kimi “Kimsəsizlər evinə “atır. Yalnız ata və ana öləndən sonra ata, ana deyib hönkür-hönkür ağlayır. Atasını, anasını sevən biri olub. Bəlkə də indi ağ günə çıxar. Amma atasını və anasını atan övlad anlamır ki, o  nə edirsə, gec-tez öz qarşısına çıxacaq. Onun da övladı onunla bax, o atası və anası ilə rəftar etdiyi kimi eləcə rəftar edəcək. Hə bu dünya çox fanidir. Bu fani dünyada təkcə ata və anasını atan övladlar yox, övladlarını dünyaya gətirib ona baxmaq əvəzinə, onu yetimlər evinə atanlar da var. Mən bir şeyi anlamıram : axı o körpənin günahı nədir? Niyə axı sənin bircə səhvinə  görə o uşaq cəzalanmalıdır? Bu sualın bir cavabı var, o cavabı da xalq şairi Ramiz Rövşən şeirlərinin birində gözəl deyib:
Hamı günahkardır dünyada ancaq, heç kəsin dünyada günahı yoxdur. Bəlkə də haqlısan, ey gözəl şair, heç kəsin dünyada günahı yoxdur. Axı bu dünya özü günahsızdır. Bir günahkar var, o da  kiminsə səhvi və ehtirası üzündən dünyaya gələn, “Yetimlər evinə” atılan uşaqlardır. Onlar günahkardır. Bəlkə də mənim bu sözlərimə görə məni kimlərsə qınayacaq, hətta mənə axmaq da deyən olacaq. Noldu, sözlərim sizlərə təsir etdi?Bu sözləri mən yox, sizlər deyirsiz! O uşaq sabah böyüyüb atasının və anasının üzünə tüpürəndə, onu günahkar sizlər bilirsiz, mən yox!” Ayıb olsun sənə ,ay bala ,heç övlad da ata və ananın üzünə tüpürər?” deyirsiz . Amma bilmirlər ki, dedikləri o sözləri, o sualı övlada yox ,onun valideynlərinə verin:” Axı sən niyə bu uşağı yetimlər evinə atmısan? “Mənə maraqlıdır ki, bu suala onların bir cavabı  olacaq: “Bu uşaq mənim həyatımın ən böyük səhvidir!”
Övlad həyatda səhv olmur ,bunu anlayanlar yəqin ki ,anladı. Ana övladı dünyaya gətirən yox ,ona əsil analıq edəndir!Xəstələnəndə gecələr yuxusuna haram qatandır- ANA! Daima onun yanında olub ,ona dəstək, arxa -dayaq olandır –ANA!Mən bunu boş yerə demədim, bu sözləri hər ana üçün demirəm, övladını atan ana üçün deyirəm. Atılan övladı oradan götürüb saxlayan analar üçün deyirəm. Mən Bədheybət olaraq həmin anaların əllərindən öpürəm. İndisə, sözüm anasını və atasını kimsəsizlər kimi Qocalar evinə atanlaradır. Nə tez vaz keçdiz valideynlərinizdən. Onlar sizi böyüdüb boya- başa çatdırıblar, niyə axı ahıl yaşlarında sizə ehtiyacları olan vaxtda onları atırsız?Hz. Məhəmməd ( S.ə.s) gözəl buyurub: ”Övlad valideyninə qoca, ahıl olub ölənə qədər baxmalıdır, bu  övladın övladlıq borcudur. Hə, bir də Peyğəmbərimiz buyurub k, Cənnət anaların ayaqları altındadır. Axı o atdığın ana sənin hər nazını çəkib, sənin hər kaprizinə dözüb. O səni atıb ki, sən də onu atasan. Mən siz insanlara söz tapıb deyə bilmirəm. Mən bu dünyada öz anasını öldürən də gördüm, bu isə atmaqdan da pisdir. Axı insan onu dünyaya gətirib nazı ilə oynayan, gecələr yuxusuz qalan anasını pula, var- dövlətə ya hər nəyəsə görə necə öldürə bilər? Bax, mən bunları anlamıram. Bax buna görə də mən Bədheybətəm. Mən istərdim ki, Şeyx Nəsrullah gəlib ölüləri diriltsin. Mənə maraqlıdır ki, kim öz ölüsünün dirilməyinə razı olar?Anasını və ya övladını öldürənlər onların dirilməsini istəyərlərmi?Yox ,əsla istəməzlər! Mən Şəhidlərin dirilməsini, gəlib bəzilərinin üzünə tüpürməsini  istəyirəm. Mən bu Vətən üçün şəhid oldum, şəhid oldum ki, sən rahat yaşayasan, day demədim ki, mənim anama əl qaldırasan. Mən bu sözlərlə sizləri təhqir etmək,alçaltmaq istəmirəm, mən heç kiməm, mən dəliyəm, gicəm, sizlər mənim sözlərimi dinləməyin. Mən demirəm ki, siz Şəhidə haqqınızı halal , onun üzərində nə haqqınız var ki, və ya demirəm ki, niyə şəhidin anasını döyürsüz, kreditini ödəyə bilməyəndə ,evini niyə müsadirə edib onun ailəsini övladlarını küçəyə atırsız? Mən demirəm ki, niyə sizlər sadəcə bu dünyada hər şeyi pulla və vəzifə ilə ölçürsüz? Niyə vəzifəyə gələndən sonra sizə yaxın olan adamları unudursuz? Mən demirəm ki, niyə canlar alıb qanlar tökürsüz, niyə terrorlar törədirsiz, niyə anaların gözünü yaşlı, niyə övladı atasız və ya anasız qoyursuz? Mən demirəm ki, niyə bunları edib hər şeyi İblisin və ya şeytanın üzərinə atırsız? Niyə bu mənimdir deyib, hər şeyə sahib olmaq istəyirsiniz?  Mən  siz insanları İblis yox, heç insan da adlandırmaq istəmirəm. Məndən bu qədər ,indi isə seçim sizindir: yaşamaq istəyirsizsə, yaşayın, çirkləndirdiyiniz bu dünyada elə özünüz kimi çirkaba batan insanların içində yaşayın!!! Mənimlə isə işiniz olmasın!!!Mən Dəli və Bədheybət kimi saf və təmiz yaşamaq istəyirəm. Amma sizin dünyanızda yox, özümün özüm üçün yaratdığım dünyada, o dünyada sizlərə yer yoxdur!O dünyada mənim kimi Bədheybətlərə yer var, orda mənim kimi Bədheybətlər yaşaya bilər!
Bu isə çirkaba batan siz insancıqlara Bədheybətin etirafıdır…
               
                                                                                                       

                 SON 
Müəllif : Ənvər Məmmədov. ( Bədheybət)

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ