SON DƏQİQƏ

Sevindik Nəsiboğlunun "Ulu Öndərin İşığında" adlı kitabının Lənkəranda təqdimatı keçirilib- FOTO

Tarix:20-12-2023, 00:08

Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Lənkəran şəhər 5 nömrəli tam orta məktəbdə gənc şair-publisist Sevindik Nəsiboğlunun Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr etdiyi "Ulu Öndərin işığında" adlı kitabının təqdimat mərasimi keçirilib.Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Təqdimat mərasimində Lənkəran Şəhər 5 nömrəli tam orta məktəbin sinifdənxaric və məktəbdənkənar işlər üzrə tərbiyəvi təşkilatçısı Ağacəfər Fətullayev şair-publisist Sevindik Nəsiboğlunun həyat və yaradıcılıq fəaliyyəti ilə bağlı məlumat verib. 
Sonra Lənkəran Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Ruslan Hüseynov, ictimai fəal, gənc müğənni Allahverən Pərvizoğlu, psixoloq Anara Nəzərova çıxış edərək gənc şair-publisistə uğurlar və yaradıcılıq fəaliyyətində müvəffəqiyyətlər arzulayıblar. 
Daha sonra şair-publisist Sevindik Nəsiboğlu müəllifi olduğu "Ulu Öndərin İşığında" adlı kitabı haqqında məlumat verib və kitabının Lənkəran şəhərində təqdimatının keçirilməsində göstərdiyi təşkilati dəstəyə görə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı cənab Taleh Qaraşova təşəkkürünü bildirib. 
Sonda məktəblilərin ifasında gənc şair-publisist Sevindik Nəsiboğlunun müəllifi olduğu şeirlər səsləndirilib.
 
XeberTıme.az
    

 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ