SON DƏQİQƏ

ÇOX YAŞA, MİN YAŞA- İLHAM ƏLİYEV.

Tarix:24-12-2023, 21:45

ÇOX YAŞA, MİN YAŞA- İLHAM ƏLİYEV.
Prezident İlham Əliyev:

Ad günün,şad günün, mübarək olsun,
Ulu Heydərin,layiqli oğlu,
Yaşatdın xalqına, qələbə sevinci,
Çox yaşa,min yaşa İlham Əliyev.

Doğma vətənimin şanı- şöhrəti,
Millətin başının tacıdır İlham!
Bəşər tarixinin tərəqqi yolu,
Çox yaşa, min yaşa İlham Əliyev.

Haqqın,ədalətin, azadlıq yolu,
Xalqın ümid yeri,inam yerisən.
Səninlədir, xalqın bütün uğuru,
Çox yaşa, min yaşa İlham Əliyev.

Daima öndə gedir, Azərbaycanım,
Qurub yaradırsan,uçalırsan sən.
Səninlə bərabər ucalır vətən.
Çox yaşa, min yaşa İlham Əliyev.

Torpağı azad etdin,yağı düşməndən
Qəlbləri fəth edən,qalib Sərkərdə,
Xalqın xeyir-duasın,qazanmısan sən
Çox yaşa, min yaşa İlham Əliyev.

Zəfər çaldın,uçaltdın Al Bayraqı sən.
Ata vəsiyyətinə,əməl etdin sən.
Xalqın şad,atanın ruhu şad oldu,
Çox yaşa, min yaşa İlham Əliyev.

Məsuliyyətli işin ağası  İlham.
Tanıtdı dünyaya Azərbaycanı.
Mərd atanın,mərd oğlu İlham,
Çox yaşa,min yaşa İlham Əliyev.

Sən xalqın sevimlisi,
Könüllərin İlhamı,
Sənə güvənirik biz,
Əziz prezidentimiz,
Çox yaşa, min yaşa İlham Əliyev.

24.12.2020
Pərvanə Salmanqızı.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ